Aysel Nəsirova

Aysel Nəsirova
@Nasiroffa
EŞQ Söylə Hüseynə ey səba,Kərbübəlaya gəlməsun Gəlsə,düşər bu dəştüdə,dərdübəlayə gəlməsun
Öğretmen
Bakı Dövlət Universiteti
21 okur puanı
Eylül 2023 tarihinde katıldı
Reklam
Sədi Sən canın çıxmamış canan arzusundasan,zünnardan ayrılmamış iman arzulayırsan;kişi deyilsən,kişi əzmkarlığı göstərməmisən,amma kişilər süfrəsinin kənarında oturmaq hüququ arzulayırsan;Firon kimi "ənəl-həqq"(mənəm haqq!) şüarı səsləndirirsən,amma Musa ibn İmranın Allah dərgahına yaxınlığından arzulayırsan.
Mövlana Bu süst və iradəsiz yoldaşlardan bezmişəm Allahın aslanını və Rüstəmi arzulayıram;dünən şeyx əlində çıraq şəhərin ətrafını gəzirdi və deyirdi ki, bu şeytan və yırtıcılardan bezmişəm,insan arzulayıram;ona dedilər ki , biz axtarmışıq,tapılmır; o dedi ki, mən elə həmin tapılmayanı axtarıram.
Tikanın gövdəsi gündən-günə qüvvətləndirir,boy atır, Tikanı əkən isə zəifləyir,gücü azalır. ~Mövlana demək istəyir ki,pis vərdişlər,xoşagəlməz davranışlar həmin tikan kolu kimi sənin vücudunda gündən-günə daha çox kök atır,gövdəsi daha çox qalınlaşır,tikanları daha sərt və təhlükəli hala düşür,sən özün isə gündən-günə qocalırsan,gücün,ruhani qüvvələrin getdikcə öləziyir.
Nə vaxta kimi qəflət yuxusu,nə vaxta kimi haram?Nə vaxta kimi yalan ,qeybət,şərab,qumar?Nə vaxta kimi günah?Bu, Allahın kəlamıdır və o bizə ünvanlanıb.Allah bu sözü bizə deyir:Ey mənim bəndəm,ey müsəlman!Qəlbin Allahı yada salıb nə vaxt yumuşalacaq və Onun qarşısında nə vaxt baş əyəcək,itaətkarlıq göstərəcək?!
Reklam