Aysel Nəsirova

Aysel Nəsirova
@Nasiroffa
EŞQ Söylə Hüseynə ey səba,Kərbübəlaya gəlməsun Gəlsə,düşər bu dəştüdə,dərdübəlayə gəlməsun
Öğretmen
Bakı Dövlət Universiteti
21 okur puanı
Eylül 2023 tarihinde katıldı
İşıkları açmayı unutmayın;)
5/10
·360 syf.·
Beğendi
·
2024 4. kitabı
Əvvəla ,deyim ki ,türkcə kitab oxumaqda çox çətinlik çəkirəm.Ancaq kitabın dili o qədər rahatdır ki, və bir o qədər də axıcı olduğundan çox rahatlıqla oxuya bildim.Bu düşünürəm ki ,kitabın müsbət cəhətidir. Mənfi cəhətinə gəldikdə isə,mənə görə hadisələr elə baş verir ki ,oxuduqca kitabın uydurma hekayədən ibarət olduğu asanca görünür.Bir sözlə ,mənə olanları varsaymış kimi göstərə bilmədi .Başqa bir deyimlə desək ,çox Ərgəncə gəldi mənə.Buda yazarın çox gənc yaşda yazmasıyla əlaqələndirirəm.Qısası,kitabı oxuyarkən sadəcə sonda nə olacaq deyə düşünməklə məşğul idim.Hər bir kitabdan nəsə öyrənirəm sonda bunu da əlavə edim ancaq buradan heç nə öyrənə bilmədim :(nəysə...Ümid edirəm faydalı olar ,oxumaq istəyənlərə də xoş mütaliyələr;)
İnsan ve Duygular
Sıfır KilometreBeyza Alkoç · İndigo Kitap · 201914,5bin okunma
Reklam
10/10
·250 syf.·
Beğendi
·
2023 26. kitabı
Əvvəla, bunu deyim ki,kitabın adı ilə maraqlanan və ya maraqlanmayan hər kəs oxuya bilər,çünki hər kəsə lazım olduğunu düşünürəm.Oxuduğum və oxuyacağım bütün şəxsi inkişaf kitabları içərisində ən möhtəşəmi idi.Şəxsi inkişaf kitabı olmasına baxmayaraq,çox axıcı idi.Kitabda ən sevdiyim hissə uşaqlığımda baxdığım çizgi film qəhrəmanı olan Ebenezer Skruc haqqında danışması oldu.Skruc bütün həyatını sadəcə pul yığmağa xərcləyir,bütün dostlarını,münasibətlərini bu yolda qurban verir.Lakin bir gün ölmüş dostunun ruhu onu ziyarət edir və ona gec olmadan dəyişməsi üçün yalvarır.Bu hadisədən qorxan Skruc həyatının məqsədini ,priotetini dəyişir və tamamilə fərqli adama çevrilir.Bəli, bizim həyatımızı məqsədlərimiz,priotetlərimiz müəyyənləşdirir.Məndə eynilə Skruc kimi kitabdan öyrəndiyim BİR ŞEY'i tətbiq etmək üçün tələsirəm...Ümid edirəm faydalı oldu.Sevgilə qalın:)
Bir ŞeyGary Keller · Teas Press · 2022376 okunma
Puan vermedi·310 syf.·
Beğendi
·
2023 24. kitabı
Rövşən Abduloğlunun digər kitabları kimi Ləpirçi də axıcı idi.Ümumiyyətlə yazıçının heç bir kitabına incələmə yazmağı ehtiyac bilməmişəm ancaq bu kitabda tərəddülü qaldım.Doğrusunu desək,digərləri kimi möhtəşəm deyildi.Amma özünə məxsus bir fərqliliyi varıydı.Burada göstərilirdi ki,İnsanın harada yaşamağından asılı olmayaraq, o insandır.Eyni pis və yaxşı xislətlərə sahibdir.Kitabı oxuyarkən tamam ayrı bir dünyaya keçid edirsən,əslində oxuyarkən çox maraqlıdı ancaq haqqında məlumat verməyə gələndə heç nə deyə bilmirsən.Nə qazandım desək,sadəcə vaxtım maraqlı keçmiş oldu və insani duyğuların dəyişməyəcəyini öyrənmiş oldum.
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020243 okunma