Aysel Nəsirova

Aysel Nəsirova
@Nasiroffa
EŞQ Söylə Hüseynə ey səba,Kərbübəlaya gəlməsun Gəlsə,düşər bu dəştüdə,dərdübəlayə gəlməsun
Öğretmen
Bakı Dövlət Universiteti
21 okur puanı
Eylül 2023 tarihinde katıldı
10/10
·250 syf.·
Beğendi
·
2023 26. kitabı
Əvvəla, bunu deyim ki,kitabın adı ilə maraqlanan və ya maraqlanmayan hər kəs oxuya bilər,çünki hər kəsə lazım olduğunu düşünürəm.Oxuduğum və oxuyacağım bütün şəxsi inkişaf kitabları içərisində ən möhtəşəmi idi.Şəxsi inkişaf kitabı olmasına baxmayaraq,çox axıcı idi.Kitabda ən sevdiyim hissə uşaqlığımda baxdığım çizgi film qəhrəmanı olan Ebenezer Skruc haqqında danışması oldu.Skruc bütün həyatını sadəcə pul yığmağa xərcləyir,bütün dostlarını,münasibətlərini bu yolda qurban verir.Lakin bir gün ölmüş dostunun ruhu onu ziyarət edir və ona gec olmadan dəyişməsi üçün yalvarır.Bu hadisədən qorxan Skruc həyatının məqsədini ,priotetini dəyişir və tamamilə fərqli adama çevrilir.Bəli, bizim həyatımızı məqsədlərimiz,priotetlərimiz müəyyənləşdirir.Məndə eynilə Skruc kimi kitabdan öyrəndiyim BİR ŞEY'i tətbiq etmək üçün tələsirəm...Ümid edirəm faydalı oldu.Sevgilə qalın:)
Bir ŞeyGary Keller · Teas Press · 2022377 okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Bizim ən çox istədiyimiz və ən az başa düşdüyümüz şey xoşbəxtlikdir
Sayfa 148
Puan vermedi·310 syf.·
Beğendi
·
2023 24. kitabı
Rövşən Abduloğlunun digər kitabları kimi Ləpirçi də axıcı idi.Ümumiyyətlə yazıçının heç bir kitabına incələmə yazmağı ehtiyac bilməmişəm ancaq bu kitabda tərəddülü qaldım.Doğrusunu desək,digərləri kimi möhtəşəm deyildi.Amma özünə məxsus bir fərqliliyi varıydı.Burada göstərilirdi ki,İnsanın harada yaşamağından asılı olmayaraq, o insandır.Eyni pis və yaxşı xislətlərə sahibdir.Kitabı oxuyarkən tamam ayrı bir dünyaya keçid edirsən,əslində oxuyarkən çox maraqlıdı ancaq haqqında məlumat verməyə gələndə heç nə deyə bilmirsən.Nə qazandım desək,sadəcə vaxtım maraqlı keçmiş oldu və insani duyğuların dəyişməyəcəyini öyrənmiş oldum.
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020246 okunma
Zaman heç kəsi gözləmir!
Zamanla mərc eləməyin,uduzarsınız.
Sayfa 86