Bitirməyimdən uzun müddət keçməsinə baxmayaraq haqqında yaza bilmək üçün bu gün hazır hiss edirəm.
Mənim üçün "Ən" dediyim ikinci kitabdır. Bəziləri əsərin həddən artıq şişirdilmiş olduğunu düşünsə də, mənə görə bu qədər məşhurlaşmağa sonuna qədər haqqı var. Özəlliklə hadisələrdən daha çox hisslərə, psixoloji vəziyyətə önəm verən oxucusunuzsa, böyük izlər qoyacaq. Düşünürəm, Martin öz hisslərinə layiq olduğu kimi qarşılıq görsəydi, bizi sevginin müqəddəslik, ucalıq, əlçatmazlığına kimsə inandıra bilməzdi. Məni ən çox cəlb edən xüsusiyyət isə iradənin gücüdür. Cek London bizə deyir ki, insan istəyincə qaba dənizçidən filosof yazıçı yaratmaq qüdrətindədir. İstəmək üçün səbəb isə sizə qalıb...)
Əsər boyu düşüncələrimizi sorğulayırıq. Görəsən, biz nəyə qiymət veririk? Bir əsəri bəyənmək üçün gözəl yazılması lazımdır, yoxsa hamının onu bəyənmiş olması? İndiki vəziyyətdə insanlıq bir dövr yaşayır ki, "azadlıq" sözünə kölə olmuşuq. Bütün hiss və düşüncələrimiz başqalarının hiss və düşüncələrindən asılıdır. Yeni geyim tərzimi gördük, yeni düşüncəmi tanıdıq, yeni KİTABmı oxuduq, gerçəkdə olan bizim üçün əhəmiyyətli deyil. Alın, sizə AZAD İNSANın cavabı: Başqaları bəyənir, ya yox?
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025134,9bin okunma
Kendi sınıfından ve Ruth'un sınıfından bütün insanların ufacık hayatlarını, yine ufacık formüllere göre sürüklediklerini - birer kişi olamayan ve esiri bulundukları çocukça birtakım formüller yüzünden hayatı gerektiği gibi yaşayamayan, daima birbirlerine sokulup, hayatlarına birbirlerinin fikrine uyarak bir biçim veren sürü içgüdüsüne sahip bu yaratıkları - görerek bir, iki defa acı acı güldü.