Səadət Nəzirova

Səadət Nəzirova
@Nazirova
Çünkü insan kötülük yapmıyorsa, fırsat çıkamadığındandır. (Emile Zola)
27 Ekim 2001
32 okur puanı
Ocak 2022 tarihinde katıldı
Şu anda okuduğu kitap
"Mədəniləşə-mədəniləşə vəhşiləşirik."
Puan vermedi·160 syf.··
2024 21. kitabı
·
11 günde okudu
·
Okunma: 26 Mart 2024 08:05
Cek London'dan 3-cü kitab. Açığı, kitaba başlayanda haqqında heç bir məlumatım yox idi. Gördüm və başladım oxumağa. Baxmayaraq ki, adı çox aydın qeyd olunub, London'un bu qədər ciddi olduğunu düşünməmişdim.) Qısası, əsərin mövzusu, təsvir forması gözlədiyimdən fərqli oldu. Hadisələr modern dünyanın üzvü olan bir uşağın yuxularında yaşanır. Bəşər tarixinin ilk dövrlərindəki insanın (ya da insanabənzərin) həyatı bütün həyəcanı, qorxusu, sevinci ilə təsvir olunub. Yazıçı əsərdə insanın 3 inkişaf formasını bir dövrdə təsvir etməklə sanki onların fərqini elmiliyin ağırlığından xilas edərək oxucuya izah edir. Diqqətimi çəkən məsələlərdən başlıcası odur ki, əsərdə insan xarakterindəki həm müsbət, həm mənfi özəlliklərin tarixin qədim dövlərindən indiyə qədər dəyişməmiş olmasının əksidir. Vəhşi heyvanların hücumuna məruz qaldıqda daha dərk etmədikləri səbəbdən dolayı bir-birini tək qoyub gedə bilməməkləri, ya da ailə olmaq üçün seçdikləri cütlərini qoruma məcburiyyəti duymaları, cəsarət duyğusu. Bu dəyişməyən özəlliklərdən ən şiddətlisi isə daha güclü olanın zəif olanı məhv edib əlindəkiləri özününküləşdirməsidir. Əsərdə bir "soyqırım" təsvir olunur. Qadın, uşaq, yaşlı demədən hər kəs öldürülür. Üstəlik, bu soyqırımı gerçəkləşdirən inkişafın son mərhələsindəki insan toplumudur. Bəlkə də, Cek London "Mədəniləşə-mədəniləşə vəhşiləşirik" mesajını ötürür, kim bilir)
Âdem'den ÖnceJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202125,9bin okunma
Başqaları bəyənir, ya yox?
Puan vermedi
Bitirməyimdən uzun müddət keçməsinə baxmayaraq haqqında yaza bilmək üçün bu gün hazır hiss edirəm. Mənim üçün "Ən" dediyim ikinci kitabdır. Bəziləri əsərin həddən artıq şişirdilmiş olduğunu düşünsə də, mənə görə bu qədər məşhurlaşmağa sonuna qədər haqqı var. Özəlliklə hadisələrdən daha çox hisslərə, psixoloji vəziyyətə önəm verən oxucusunuzsa, böyük izlər qoyacaq. Düşünürəm, Martin öz hisslərinə layiq olduğu kimi qarşılıq görsəydi, bizi sevginin müqəddəslik, ucalıq, əlçatmazlığına kimsə inandıra bilməzdi. Məni ən çox cəlb edən xüsusiyyət isə iradənin gücüdür. Cek London bizə deyir ki, insan istəyincə qaba dənizçidən filosof yazıçı yaratmaq qüdrətindədir. İstəmək üçün səbəb isə sizə qalıb...) Əsər boyu düşüncələrimizi sorğulayırıq. Görəsən, biz nəyə qiymət veririk? Bir əsəri bəyənmək üçün gözəl yazılması lazımdır, yoxsa hamının onu bəyənmiş olması? İndiki vəziyyətdə insanlıq bir dövr yaşayır ki, "azadlıq" sözünə kölə olmuşuq. Bütün hiss və düşüncələrimiz başqalarının hiss və düşüncələrindən asılıdır. Yeni geyim tərzimi gördük, yeni düşüncəmi tanıdıq, yeni KİTABmı oxuduq, gerçəkdə olan bizim üçün əhəmiyyətli deyil. Alın, sizə AZAD İNSANın cavabı: Başqaları bəyənir, ya yox?
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025134,5bin okunma
Puan vermedi·58 syf.··
2024 20. kitabı
Cek Londondan oxuduğum ikinci əsərdir. Bu yazıçının insan iradəsinin gücünü təsvir etmə şəkli, qabiliyyəti məni heyran edir. Hər şey bitəcək ikən o son dayanma nöqtəsindən bir də yenidən başlamaq... Yəqin, elə "Ateş yakmak" budur. Sönmək üzrə olan qığılcımın yaratdığı Atəş öncəkilərdən çox daha qüvvətli olurmuş.
Ateş YakmakJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202516,2bin okunma
Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb...
Puan vermedi·420 syf.··
2023 2. kitabı
Bir neçə il öncə "Mənim payım"a mövzu və adda çox bənzəyən bir kitab oxumuşdum. İran həyatı... Bir mübarizin həyat yoldaşı olmaq... Övladlarını tək böyütmək... Çəkdiyi əziyyətlərin qarşılığında həyatın ona "hədiyyə"lərini qəbul edə bilmirdim. Məsuməni tanıdım, günəşli gündüzlərinə bürünüb gizlənən fırtınalı gecələrini gördüm. "Tək qalmaq daha çətin idi" dediyini eşitdim. Məsumə mənə öyrətdi ki, insan bütün çətinliklərin müqabilində güclü dayanmağı bacarır. Fərqi yoxdur, sevgi gördüyü üçün, ya məcbur olduğu üçün. Fərq ondadır ki, bu güc sevgidən gəlirsə, tükənmir, sona çatmır, haradasa dayanıb "daha bacarmıram" demirsən. Səbəbini bilmirəm, amma əsərin sonuna qədər Həmidi gözlədim mən. Gözlədim ki, gəlsin. Yox, sevdiyini deməsin. Deməsin ki, əslində onu sevirdi, amma mübarizəyə fəda etdi. Sadəcə daddırdığı təklik üçün üzr istəsin. Desin ki, Məsuməyə söylədiyi hər sevgisiz söz üçün, hər soyuq rəftar üçün qabaqcadan saatlarla hazırlaşırmış...
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,395 okunma