Nemət Mətin

Və bir şeyin fərqinə varırdı: məgər həyat bizim istədiyimiz kimi olmayanda, onu "xoşbəxt" adlandıra bilmədiyimiz zamanlarda, o, yenə də gözəl deyildimi? Tomas Mann - Balaca cənab Frideman
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Nikkolo Ammaniti - Sən və mən
Cəmi 4 saata oxuyub bitirdim. Sərgidə təsadüfən aldığım kitabdır. Oxuyub bitirəndə düşündüm ki, nə yaxşı oldu. Kaş belə xoş təsadüflər həmişə olsun. Nikkolo Ammanitinin "Sən və mən" əsəri müəllifin Azərbaycan dilində yeganə kitabıdır. Bir az yazıçı haqqında maraqlandım. Altı əsərinə tam metrajlı film çəkilib. "Axırıncı imperator", "Arzulayanlar" kimi filmlər çəkmiş rejissor Bernardo Bertoluççi "Sən və mən" kitabını oxuyandan sonra qərara gəlib ki, 9 il bəsdir. Yenə film çəkçək zamanıdır. Kitabın təsir gücünə baxın... Əsərdə 14 yaşlı Lorensonun düşüncələri və atdığı dəlisov addımlardan danışılır. Varlı ailədə böyüyən yeniyetmə heç kimlə uyuşmur. Tənhalığı sevir. Bəzən çox diqqət cəlb etməmək üçün obraza girir. Aktyorluq edir. Hamını aldadır. Bir gün anasına deyir ki, dostlarımla dağa gedirik. Xizək sürməyə. Lakin zirzəmidə gizlənərək bir neçə gün tənha yaşamaq istəyir. Rol oynamadan. Özbaşına. Özü üçün. Narkoman ögey bacısı təsadüfən onu tapır. Macera bundan sonra başlayır. Heyif bu kitab cəmi 300 ədəd çap olunub. Çox maraqlıdır. Yazıçı tənhalığı, insanlığı, yeniyetmə düşüncəsini, narkomaniyanın fəsadlarını geniş təqdim edib. Təklif edərdim ki, yenidən çap olunsun. İmkan ola bütün kitablarını çap etdirəsən. Tənqidçilər onu yazıçılar içrə yeni nəslin istedadı adlandırır. Zövq aldım... Gedim filmə də baxım.