Nemət Mətin

...çünki bütün şüurlanmanın əsas mənbəyi emosiyadır. Emosiya olmadan qaranlığın işığa, hərəkətsizliyin hərəkətə çevrilməsi mümkünsüzdür.
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Məsələn, yeni doğulmuş körpənin şüuraltı dünyası uyğun şərait yarandıqda hər şeylə doldurula biləcək "boş lövhə" (tabula rasa) deyildir. Əksinə, o, son dərəcə mürəkkəb və çox dəqiq şəkildə müəyyənləşmiş fərdi varlıqdır. Onu birbaşa görə bilmədiyimiz üçün bizə boş və qaranlıq sahə kimi görünür. Lakin körpənin ilk psixoloji reaksiyaları üzə çıxan kimi, bu reaksiyaların arxasındakı fərdi xüsusiyyəti, yəni orijinal şəxsiyyəti görməmək üçün insanın kor olması lazımdır.
Kantın "Saf ağlın tənqidi" əsərinin nəşrindən keçən təxminən bir yarım əsrdə düşüncə, ağıl və qavrayış kimi anlayışlar artıq yalnız obyektiv və subyektiv şərtlərdən müstəqil proseslər kimi deyil, bir şəxsiyyətə bağlı olan psixi funksiyalar kimi dəyərləndirilməyə başlandı. Artıq "görünübmü, eşidilibmi, toxunulubmu, çəkilibmi, sayılıbmı, düşünülübmü və məntiqli sayılıbmı" suallarının yerinə "kim görür, kim eşidir, kim düşünür" sualları almışdır.
—Kim ki, həyata tam etibar edir, istər-istəməz həyat da ona eyni cavabı verir.
Azadlıq və müstəqillik barədə fikirlər yalnız hələ də ümidlə yaşayan adamda doğulur.