Bir övladı nə vaxt itirdiyini valideyn necə anlaya bilər? Bunun üçün konkret bir an yoxdur. Parça-parça itirirsən - qeyri-müəyyən, yavaş-yavaş yaranan, çətin sezilən dəyişiklillərlə. Amma mütləq bir başlanğıc nöqtəsi olur. Arada yaranan o məsafə... uşaqla valideyn arasında açılan o kiçik çat. Bir dəfə açıldımı, xırda-xırda böyüyür.