Deyirsən, dost olaq? Sel aparmış gül bağçasının yerində balaca bir bostan əkək? Yox, bacarmarıq.. Bizə heç olmaz! Ortada adi bir fırıldaq iş olsaydı, bəlkə də, sən deyən kimi düzələrdi... Ancaq onun da axırı yoxdur... Məhəbbəti dostluq ilə ləkələmək olmaz! Ayrılıq ayrılıqdır!
- Bir vaxtlar qəhvəyi köynək geyinən adamların qəddarlığı məni Vyanadan didərgin saldı, indi də qara köynək geyinənlərin axmaqlığı İtaliyadan qaçırtdı. Deyirlər, haradasa yaşıl köynək geyinənlər də peyda olub. Yəqin, Amerikada da gümüşü köynək geyinirlər. Dünya da indi bu köynəklilərin əlində qalıb?
- Deyəsən. Ancaq bir azdan dəyişəcək, hamı bir nəfər kimi qırmızı geyinəcək.
- Qırmızı?
- Bəli, qan qırmızısı.
- Getməliyəm, -dedi, - xəstəxanada bir kişi can üstədir.
- Həkimlər həmişə bəhanə tapır! - bu sözləri Joan asta-asta dedi.
- Qadınlar kimi, Joan! Biz ölümlə oynayırıq, siz isə məhəbbətlə. Dünyanın bütün bəhanələri də, həqiqətləri də bunun üstündə bərqərar olub.