Nicat Baxşiyev

Xoşbəxtlik həmişə haradasa lap yaxında olur. Sadəcə olaraq, əyilib götürmək lazımdır.
Sayfa 176 - Qanun Nəşriyyatı·Kitabı okudu
Reklam
Məhəbbət dünyada olan şeylərin ən möcüzəlisi, həm də ən sadəsidir. Bunu mən bu gün, gecə əriyib çiçək açan kollara dönəndə, küləkdən çiyələk ətri gələndə duydum və bildim ki, sevməyən adam bu dünyaya məzuniyyətə gəlmiş ölüdür. Onun da quruca adı, doğulduğu ayı, ili var, vəssalam... Sevməyən adam üçün, əslində, ölüm yaxşıdır.
Sayfa 172 - Qanun Nəşriyyatı·Kitabı okudu
- Bilirsən,o xoşbəxtlik haradan başlayıb, harada qurtarır? .. - Səninlə başlayıb, səninlə də qurtarır, - Joan dilləndi. - Bunu bilməyə nə var! Ravik heç nə demədi. Fikirləşdi ki, görəsən, nə deyir... - Hələ bir azdan deyəcəksən ki, məni sevirsən, - xeyli sonra dilləndi - Hə, sevirəm... Ravik yerində qurcalandı. - Məni hələ yaxşı tanımırsan axı... - Bunun ona nə dəxli? - Çoxdur. Sevmək, kiminləsə ömrü başa vurmaq deməkdir. - Elə şeylərdən başım çıxmaz. Bircə onu bilirəm ki, kimdirsə, onsuz yaşamaq olmaz
Sayfa 150 - Qanun Nəşriyyatı·Kitabı okudu
Dünyanın bu işinə heç yoxam. İstəyirsən Cəbrayıl ol, axmaq ol, ya da lap cani, heç kim görməz. Amma bircə düymən çatmayanda hamı görür.
Sayfa 114 - Qanun Nəşriyyatı·Kitabı okudu
Nə vaxtsa, kiməsə gərək olacaqsan. Gərək, ona hazır olasan..
Sayfa 107 - Qanun Nəşriyyatı·Kitabı okudu
Reklam