Qəlbi təmiz hisslərlə döyünən, istedadlı insanın həyatda özünə yer tapa bilməməsi, pis adətlərin əlində aciz qalıb onların əsirinə çevrilməsi və son nəticədə bədbəxt olmasından kədərli bir mənzərə, yəqin ki, yoxdur.
" Sadəcə olaraq deməyə çalışaram ki, onlar da hamı kimi adi insanlardır və daha pis olduqlarına görə səfil deyillər, səfil olmağa məcbur olduqları üçün daha pis vəziyyətdədirlər."