...elə həmin anda atasının baş daşına yazılmış sözlər düşdü yadına :"Mən ölüb yenidən dirilmişəm və həyatın özüyəm,- Allah buyurdu,- mənə inananlar ölsə də, diriləcək, mənə inamla yaşayanlar isə heç vaxt ölməyəcəklər."
...hətta elə adamlar vardı ki, heç bir zərurət olmadan belə hansısa naməlum ehtirasın təsiriylə gilyotinə can atır, son nəticədə məhv olurdular. Vəba və taun kimi qorxulu xəstəliklərin epidemiyası zamanı da oxşar hadisələr olur: bir çox adamlarda o xəstəliklərə mübtəla olub o dərddən ölmək istəyi yaranır. Deməli, belə çıxır ki, bizim hər birimizin içində özünəməxsus qəribəliklər gizlənib, müəyyən şərait yaranan kimi dərhal baş qaldırır, özünü büruzə verir.