☆♡ Nigar Cəfərli ☆♡

☆♡ Nigar Cəfərli ☆♡
10/10
·285 syf.··
2023 34. kitabı
·
6 günde okudu
·
Okunma: 05 Aralık 2023 00:00
Nəhayət ki,Nəimi İsmayılzadənin "Qarmaqarışıq" kitabını oxudum.Mənim fikrimcə,kitab çox maraqlı və axıcı idi.İnsanı içinə çəkən bir mövzusu var idi.Xüsusən də,hazırki dövrün aktual məsələlərinə toxunulmasıda məni məmnun etdi.Və ,əlbəttə ki,inam məsələsi kitabda əsas yer tuturdu.Həqiqətən də,birinə inanmaq tam mənada çox çətindir.Çünki biz insanların nə zaman,nə edəcəyi əsla bəlli olmur.Bu kitabda da olduğu kimi.Sonu isə çox maraqlı yerdə bitdi.İkinci kitabı səbirsizliklə gözləyəcəm İnşAllah.Çox sağ olun Nəimi
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024164 okunma
Reklam
10/10
·96 syf.··
2023 25. kitabı
·
3 günde okudu
·
Okunma: 06 Eylül 2023 13:28
"Bu aslında tarifsiz hal,dört ay sürdü.Yani dört ay,çok kolay yazılabilir,sadece birkaç harf!Çok kolay dile getiriliyor:Dört ay,iki hece!Saniyenin dörtte birinde dudaklardan hemen böyle ses çıkar.Amma hiç kimse ne başkasına ne kendine,mekansızlıkta ,zamansızlıkta zamanın ne kadar sürdüğünü tanımlayamaz,ölçemez".Çox qısa bir əsər olsa belə mənim çox maraqla oxuduğum Stefan Zweig əsəri oldu.Əsər New Yorkdan yola çıxan gəmidə baş verir.Gəmidə məşhur şahmat çempionu olan Mirko Czentovicdə var.Həmin bu şəxs atasını 12 yaşında itirdikdən sonra onu bir kahin övladlığa götürmüşdür.Czentovicdə heç bir maraq dairəsi olmadığı halda şahmatda çox bacarıqlı olur.Daha sonra bu gəmidə səhayət edən Mc Connorda dostunun təklifi ilə Czentoviclə şahmat oynamağa qərar verir.Əlbəttə,uğursuz cəhdlər olur.Bu zaman ortaya sirli qəhrəman Dr.B çıxır.Əslində mənim üçün kitabın ən mənalı hissələri Dr.B-ın Hitler Almaniyası dövründə yaşadıqlarıdır.Bu hissələr çox təsir edici idi.Bir insana ediləcək əsas təsirlərdən biri psixoloji təsirdir.Kitabın bu hissələri məni öz içinə çəkdi.Oxumağa dəyər bir kitab daha.
Edebiyat
SatrançStefan Zweig · Venedik Yayınları · 2019279,1bin okunma
9/10
·328 syf.··
2023 23. kitabı
·
10 günde okudu
·
Okunma: 31 Ağustos 2023 00:00
Çingiz Aytmatov:"Yaxşı kitab müəllifin bəşər nəslinə hədiyyəsidir".Çingiz Abdullayevin"Namərdin üslubu"əsəri mənim üçün ağılda qalacaq kitablardan oldu.Mövzu bundan ibarətdir ki,rus biznesmeni olan Aleksandr Mixayloviç və onun kompaniyası hərracda iştirak etməlidir.Rus biznesmenin rəqibləri isə bunun qarşısını almaq üçün çox peşəkarlıqla bir plan hazırlayırlar.Bunun həlli üçün isə rus biznesmen dedektiv Dronqoya müraciət edir.Dronqo öz ağlı və üslubu ilə bu məsələni həll etməyə çalışır.Hər nə olursa olsun bu məsələnin həlli üçün çalışır.Qarşısına çıxan manelərə qarşı ağlı ilə çıxış yolu tapır.Özünündə dediyi kimi:"Üçüncü variantda vardır.Göyə atılan qəpik til üstə düşdüyü kimi.Milyondan bir şansdır,amma o,hər zaman var".Qətlin açılmasında bir nüas çox xoşuma gəldi.Əlbəttə,bu Dronqonun ağlı nəticəsində aşkara çıxdı.Bir sözlə,oxunmağa dəyər kitab idi ,mənim üçün.
Edebiyat
Namərdin ÜslubuCengiz Abdullayev · Qanun Nəşriyyatı · 201498 okunma
Puan vermedi
Bütün kitab sevənləri salamlayıram.George Orwelin bundan əvvəl "1984" əsərini oxumuşam.Həqiqətən də mənə fərqli dünya görüşü aşılayan kitablardan biri olmuşdur.Bu ilin yanvar ayında isə türk dilində tərcümə olunan "Hayvan çiftliyi"əsərini oxudum.Mənim görüşümcə bu kitabda heyvanların dili ilə siyasi məsələlər,başçılar,dövr əhatə olunur.Ən sevmədiyim obraz Napoleon oldu.Mənə görə Napoleon qəddar,ona itaət edilməsini sevən,əmr verməyi sevən bir alleqorik obraz idi.Boxerin ölümü isə əlbəttəki mənə bəzi hadisələri xatırlatdı.Sovet dövründə repressiyya qurbanları olan şəxsləri xatırlatdı.Sadəcə bu cümlə belə çox şeyi izah edə bilər:"Maşının qapısı bağlandı,yolda gözdən itdi.Boxeri bundan sonra görən olmadı".Bu cümlə isə mənə R.Rzanının "Qızılgül olmayaydı" poemasını xatırlatdı.Bu mənim kitab haqqında şəxsi görüşlərim idi.Hər oxuyucunun da şəxsi görüşü olmalıdır.
Hayvan ÇiftliğiGeorge Orwell · Can Yayınları · 2024296,2bin okunma