Nilufar Safarly

Nilufar Safarly
@Nilufarrs
Azerbaijan State Oil and İndustry University
9 Mart 2005
14 okur puanı
Şubat 2023 tarihinde katıldı
Yenə öz qələmimdən..
Çox vaxt ağlamaq, içimizi boşaltmaq üçün ən gözəl və əlverişli zamanın gecə olduğunu düşünürük, görəsən niyə? Nə üçün gecənin sirli qaranlığının özü kimi zülmət cəlbediciliyi insanın gözyaşlarına sığal çəkir? Gecənin sakitliyidirmi bizim öz iç səsimizi duymağımıza səbəb? Gecənin qaranlığıdırmı gözyaşlarımızı görünməz edən? Heç birimiz gecə, sərin mehli havada su qırağında oturmağa yox demərik, istər dəniz olsun, istər okean, istər çay ya göl. İstər gecə səssizliyini meşənin şahidləri, qoca ağacların yarpaqları pozsun, istər yerdə qanadları ilə səs salan gözəgörünməz cırcıramalar. Səssizliyin səsi belə xoş olur bizə gecələr. Həqiqətən, gecənin anlaya bilmədiyim gözəlliyi, hüzuru var. Hamıdan gec yatmağın, o sakitliyin hüzurunda özünü, həyatı, yaşadıqlarını mühakimə etməyin gətirdiyi ayrı bir abu-hava var. Melanxoliklik, dramatiklik, yanağından süzülən damlalar, hərəsi özlüyündə çox acı, əziyyət göstəricisidir, amma gecənin sehri onlara xüsusi estetiklik qatır. Bu yazdıqlarım çoxu üçün boş cümlələrdir, "gecə ağlayıram, çünki heç kimin görməyini istəmirəm" deyə keçirirlər içlərindən. Amma mənə görə elə deyil, ağladığım zaman kiminsə görməsi problem deyil, amma yenə də gecə ağlamaq daha gözəldir, yenə anlaşılmaz səbəbdən. Buna da cavab taparam yəqin, nə vaxtsa. İndi bu suallarımla xoşbəxtəm, çünki bu gün bu ucsuz-bucaqsız, mənasız, süjet xətti olmayan yazını yazmağa vadar elədi məni. Məsələn, bu yazını gecə yazmış olmağı çox istəyərdim. Gərək bir gün elə də yoxlayım. O zaman kəsiyinin düşüncəso bir başqa olur, daha toxunaqlı, daha içdən hətta bəlkə də. Sanki günün aydınlıq çağının yüklərindən, sənə nüfuz eləyən örtüklərindən qurtulub əsl sən olursan. Daha yaradıcı olursan, başqa adam olursan. Gecənin hamı üçün dəyişən üzü də budur yəqin ki. Bəzilərimiz gecə meydana çıxan
Reklam
Öz qələmindən..
Buranı sevmirəm, bəlkə həyatı da sevmirəm, anlamıram hisslərimi, adlandıra bilmirəm. Bir gün çox enerjili, səhəri gün dünyadan bezmiş kimi oyanıram, sanki bütün mənəvi yüklərim gecə bədənim yuxuda olarkən ruhuma hücuma keçir. Amma, onlara da haqq verirəm, çünki ayıq olarkən o hisslərdən qaçmaq üçün əl atmadığım üsul, yol qalmır. İnsanlar məni çalışqan, nəsə etməyə həvəsli bilirlər. Çalışqanı çıxsaq, həvəsli olmağım məsələsi arada mənə də elə gəlir. Çünki xırda şeylərdən həzz alan birisiyəm. Bəlkə də böyük problemlərdən qaçıram deyədir, kim bilir? Amma qətiyyən çalışqan deyiləm, ən azından öz xoşumla. Beynimdəki düşüncələri susdurmaq üçün özümü yoruram. Dərdini çəkdiyim şeylər düzələn şeylər deyil təəssüf ki... İnsan zamanla öyrəşər deyirlər, amma mən zamanla basdırılmış alov, qarşısı kəsilmiş su axını kimi aşıb-daşıram. İçimdə basdırdığım enerji, özümü məcbur etdiyim şeylərin çiynimdə hiss elətdirdiyi ağırlıq bir-birlərini maqnitin əks qütbləritək bir-birinə çəkilir və mən özümü itirirəm. Hisslərim, əsəblərim, ağlım hamısı alt-üst olub. Bir insan eyni zamanda heç bir şey hiss etməyib, həm də illərin yorğunutək necə sakit ola bilər? İçəridəki insan dəlicəsinə qışqırmaq, "mən də buradayam, mən də insanam" deyib varlığını xatırlatmaq istəyərkən, üzdə necə bu qədər səssiz, danışmaqdan qaçan biri ola bilər? Həyatı hamıdan çox həzz alaraq yaşaya bilmək potensialı varkən, necə bu qədər həvəssiz ola bilər? Belə sualların içində batan biri özünü əvvəl-axır əlaqəsiz başlıq altında içini boşaldarkən tapacaq, eynilə mənim kimi. Guya bu səhifədə xaricə qaçmaq haqqında yazacaqdım, amma olsun, o da başqa yazının mövzusu olar :)

Elif ÖZDEMİR

@ozdemireliff
·
Pasteur'ün dediği gibi şans , hazırlıklı olanları seçerdi ama nereye bakması gerektiğini bilenlere de büyük pay düşerdi.
Sayfa 47 - Olimpos yayınları·Kitabı okudu

Zeynep

@ZEY373
·
Güvenebileceğin tek insanın en nefret ettiğin kişi olması nasıl bir şeydi?
Sayfa 61 - Olimpos Yayınevi, Seth·Kitabı okuyor
1K
Yeni motto bu olsun məncə :)
"Felaketten kurtulmanın en güvenilir yolu, aşırı mutlu olmayı beklememektir." ~Arthur Schopenhauer
İnsan ve Hayat
Reklam