“Anaları bu uşaqlara görə yalvardı, mən də ona inandım, fikirləşdim ki, uşaqlar atasız, anasız yaşaya bilməz, amma yad qadın onları yedirdib, böyüdüb”.
Əvvəla salam olsun 100Kitab ailəsinə.
Hərbistan kitabını oxumaqla azərbaycanlı gənc yazarlara qarşı olan ön yargım qırılmışdı. NəimiQarmaqarışıq əsərində də bu tamamilə sübut olundu. Əsərdə cəmiyyətimizin bir çox problemlərindən açıq şəkildə vurğular var. Buna dostluq əlaqələri, sevgi münasibətləri və valideyn qayğısızlığı daxildi. Əsəri oxuyanda adam öz içində görəsən növbəti fəsildə nə baş verəcək deyə maraq içində oxuyur. Bu da süjet xəttinin qüsursuzluğunu göstərir. Məncə əsəri oxuyanlar arasında hamı hekayədəki təsirli anların ən azı birini real həyatda yaşamışdır.
Tək mənfi yanı orfoqrafik səhvlər idi.(
Kitabın ikinci hissəsini səbirsizliklə gözləyirəm.
Nəimi uğurlarının davamı bol olsun. Qələminə qüvvət.
İncələməmi oxuduğunuz üçün təşəkkür edirəm).