Nise Novruzova

Puan vermedi·223 syf.··
2025 15. kitabı
·
11 günde okudu
·
Okunma: 26 Nisan 2025 21:10
Kitab sadə və başa düşülən dildədir. Əsərdə arxaizm sözlərdən istifadə olunması, oxucunu o dövrlərə aparır. İsmayıl Şıxlının ailə üzvləri qeyd edirlər ki, O əsəri yazmağa ölümündən çox əvvəldən başlayıb. Lakin sovet dövrünün qadağalarına məruz qaldığı üçü, yarım buraxmalı olub. Ölümünə 5 ay qalmış əsərini tamamlamağa nail olur. Kitabın birinci fəslini özü yazmış, qalan hissələrini isə həyat yoldaşı Ümidə xanıma diqtə etmiş, Ümidə xanım yazmışdır. İsmayıl Şıxlı əsərini kitab şəklində görmək arzusunda idi. Təəssüf ki, alınmadı. Yalnız ölümünün qırxıncı günündə oğlu Elçin Şıxlı kitabı qəbrinin üstünə gətirə bilib. Əsərin mövzusu Azərbaycan tarixinin faciəli və keşməkeşli dövrlərindən biri olan qaçaqçılıq hərəkatına təsadüf edir. İsmayıl Şıxlı bu hərəkatın yalnız zahiri cizgilərini deyil, onun sosial, siyasi və psixoloji səbəblərini də dərindən təhlil edir. İnsanların haqsızlığa qarşı çıxması, azadlıq uğrunda mübarizəsi, Sibir sürgünləri, ailə parçalanmaları, ictimai ədalətsizliklər əsərdə geniş yer alır. Burada təkcə bir fərdin deyil, bir toplumun “ölən dünyası” təsvir olunur. O, ölən, dağılmış, zülm görmüş bir dünyanı anladaraq, oxucunu düşündürməyə vadar edir: “Nə üçün bu dünya öldü? Bu ölümün qarşısını almaq olardımı?”
1000Kitap
Ölən Dünyamİsmayıl Şıxlı · Bakı, Altun Kitab Nəşrlər Evi · 0400 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
-Hə, biz tamam başqayıq. -Çünki... -Çünki... Mənimçün sən varsan... - Sən də mənimçün. Həmişə bir yerdəyik.
Sayfa 136 - Qanun Nəşriyyatı·Kitabı okudu
Sən şeytanların cəhənnəmdə səni divara mıxlayası paslı mıxlara belə layiq deyilsən.
Sayfa 133 - Qanun Nəşriyyatı·Kitabı okudu
Nəyisə qazanmaq mümkünsüz olan o yerdə qalmaq istəmədim.
Sayfa 116 - Qanun Nəşriyyatı·Kitabı okudu
Onu bilirəm ki, heç kəs havaya qalxan deyil, heç kəsə də öz torpağı qismət olmayacaq. Elə-belə xülyadı. Baxırsan, adamlar duranda da, oturanda da torpaqdan danışır.
Sayfa 97 - Qanun Nəşriyyatı·Kitabı okudu