Nurlana Rahimova

6/10
·95 syf.··
2025 5. kitabı
·
25 saatte okudu
·
Okunma: 18 Temmuz 2025 00:00
Kitabın dili çox sadə, axıcı olsa da, sonluğu heç bəyənmədim. Sanki yazarkən yazıçını kimsə çağırıb o da davam edə bilməyəcəyini anlayaraq kitabı tələsik sonlandırıb. Kiçik bir müddət ərzində bir neçə insanın həyatına toxunur, bizi onların evinə, həyatına qonaq edir, beləcə, maraqlı bir hekayə qurur, ancaq bir cümlə var ki, onun təsirindən qurtula bilmir. Ümumiyyətlə, kitabın ərsəyə gəlməsində sadəcə bir cümlənin rolu var deyə düşünürəm. Kiergaarddan oxuduğu "Kırdakı zambak və gökteki kuş" yazıçıya necə təsir edibsə, ona sonluğu açıq bir kitab həsr edib. Məncə bu cümlə uğruna maraqlı bir esse də yazmaq olardı. Ya da kitabda mövzunu fəlsəfəyə gətirərək samballı bir sonluq.
Gökteki KuşlarKarl Ove Knausgaard · MonoKL · 2021209 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
9/10
·192 syf.··
2024 18. kitabı
Maraqla dinlədiyim kitablardan biri oldu. Sevindirici haldır ki, gənc yazarlarımız uşaqlar üçün kitablar adı altında böyüklərin də sevərək oxuyacağı əsərlər meydana çıxarır. Psixoloji məqamların bolluğu mənim üçün əsəri çox maraqlı etdi. Həyatını "sırf yaşamış olmaq üçün" yaşayan insanlardan seçilən tək-tük məqsədli insanlar daim arzularına çatır. Çünki qarşılarına məqsəd qoyub başqa bir şeyin onlara mane olmasına izn vermədən öz yollarında irəliləyirlər. Bizim yarpağımız kimi... :)
Bir Yarpağın ArzusuXəyalə Murad · Qanun Nəşriyyatı · 201511 okunma
8/10
·224 syf.··
2024 16. kitabı
·
96 günde okudu
·
Okunma: 16 Ağustos 2024 00:00
Çocukluk hatıralarımda yeri büyük Atilla Taşın, "Kırmızılım" okuyarak geçti çocukluğum. Bir anda nostalji yolculuk yaptığım sırada Atilla Taşın kitap yazdığını keşf ettim. Hemen okumaya koyuldum. O yılların özlemi ile başlayan kitap adaletin gerçekten var olduğunu sorgulatarak devam etdi. Okurken o kadar sinir oldum ki, bir de Atilla Taşın bunları yaşadığını düşündükçe. İnsan bir tweet atmaya korkar hale geliyor okudukça. Birini boşuna suçlu ilan etmek bu kadar kolay olmamalı diye isyanlarla geçti okuma sürem. Sanki tanıdık birinin günlüğünü okur gibiydim, o kadar samimi, içten anlatmış ki o acı günlerini. Hele Melteme olan aşkı beni-benden aldı. Ayrıca kendini çok geliştirmiş, bazı yerlerde kendine cahil demesi haksızlık olmuş. Okuduğu kitaplar, izlediği filmler, filozoflarla "muhabbet" bile bilgili olduğunu kanıtlar cinsten. Ben çok sevdim. Atilla Taşı zaten seviyordum, kalemini de sevdim :)
Sakıncalı ÇökelekAtilla Taş · Karakarga Yayınevi · 2018125 okunma
8/10
·48 syf.··
2024 14. kitabı
·
7 saatte okudu
·
Okunma: 03 Ağustos 2024 16:25
Uşaq kitablarından olsa da, böyüklərin də sevərək oxuduğu əsərlərdəndir "Kitaplardan korkan çocuk". Bir göz qırpımında bitdi, ancaq xeyli düşündürücü idi. Həm valideynlərə kitab oxumağı sevməyən uşaqlara müəyyən qədər dəstək olmaq üçün maraqlı ideya verir. Həm də uşaqlara bəzən övladları üçün ən yaxşısını düşünən valideynin belə uşağını tam anlamadığını, onun etirazının səbəbini araşdırmadan hərəkət etdiyini göstərir. Hər yaşdan oxucu kütləsi üçün fərqli məna ifadə edən ustalıqla yazılmış kitabdır deyə düşünürəm.
Kitaplardan Korkan ÇocukSusanna Tamaro · Can Yayınları · 20192,859 okunma
6/10
·80 syf.··
2024 7. kitabı
Tez bir zamanda dinlədiyim bu kitab gözümdə serial ya da film kimi canlanırdı. Bitirdikdə ağlımda bir cümlə fırlanırdı: İnsanlar fürsətlərin gəlməyini gözləyər, fürsətlər də insanların, insanlar gözləyər, fürsətlər gözləyər, qalib gələn isə hər zaman bəhanələr olar. Eynilə bu kitabdakı kimi... İki fərqli qütb, uşaqlıqdan aradakı uçurum hiss olunmasa belə, böyüdükcə hər an qabarıq şəkildə nəzərə çarpır, varlının uğruna fəda edilən kasıb və bəhanələr, bəhanələr, bahanələr... Bir qadının həyatının başqa bir qadın - evin xanımı uğruna heçə sayılması və ən əsası da qadının bunu anlayaraq illərini ucu görünən bir ümid pərdəsi üçün fəda etməsi və sonda zamanın hesablaşmaz üzü ilə qarşı-qarşıya qalması kitabın əsas xəttini təşkil etsə də, ümumilikdə, buradan çox dərs çıxarmaq olar. Ən əsası odur ki, çox zaman insanlar öz mənafeləri uğruna mələk cildinə girmiş ilandan fərqsizdirlər. Aldanıb gələcəyinizi onlarin iki dodağının arasına məhkum etməyin!
Hayata Dair
Ferhunde KalfaHalid Ziya Uşaklıgil · Akvaryum Yayınevi · 0480 okunma