Nurlana Rahimova

Nurlana Rahimova

, bir kitap okudu
5/10
·80 syf.·
7 günde okudu
·
Okunma: 05 Mayıs 2023 23:24
·
2023 7. kitabı
Əbdürrəhim bəy Haqverdiyev
7.1/10 · 105 okunma
Reklam
Lee Ki Ho - Özür Dileriz
8/10
·151 syf.··
2023 6. kitabı
·
17 günde okudu
·
Okunma: 01 Mayıs 2023 00:00
Son illərdə oxuduğum ən fərqli kitablardan biri idi. Təsadüfən əlimə keçən bu kitab həm qapağındakı şəkli, həm də mövzusu ilə diqqətimi çəkdi. Kitab üzr istəməyin fəlsəfəsini izah edir. Üz qapağındakı təsvir isə həm üzr istəyənləri, həm də qul kimi işlədilənləri simvolizə edir. "Üzr istəmək" kimi üçün öyrəşilən bir nəzakət qaydası, kimi üçün vicdan rahatlığı, qəhrəmanlarımız üçün isə şəxsiyyətin alçaldılmasının təsəlli örtüyü və həyatın sürətilə ayaqlaşma tərzidir. Cəmiyyətə yad, zehni fərqli işləyən insanların toplandığı və ağır şərtlər altında işləməyə məcbur edildikləri bir müəssisənin təsviri ilə başlayan kitab hekayənin özülünü qoyaraq sürətlə zaman və məkanı dəyişərək davam edir. Qəhrəmanlarımızın müəssisəni tərk etdikdən sonrakı vəziyyəti, dörd divardan kənardakı həyata öyrəşmə prosesi mükəmməl təsvir olunub. Onlar çox fərqlidir, həm müəssisədəki vəhşi təbiətli məxluqlardan, həm də həyatını qazanmaq üçün hər yola əl atan insanlardan... Müəssisədə yaşadıqları iliklərinə işləyən qəhrəmanlarımız oradan uzaqlaşsalar belə yenə ən yaxşı bildikləri şeyi etməyə davam edir. Əvvəllər fiziki şiddətdən "can qurtarmaq" üçün, sonra isə həyatı qazanmaq üçün... Üzr istəyərək yaşamağa davam edərkən insanları və özlərini anlamağa çalışırlar. Bir gün bir-birindən üzr istəməyə məcbur olacaqlarının da fərqinə varırlar... Kiçik bir ifadədən - üzr istəmək yola çıxaraq insanı bu qədər düşünməyə vadar edən bir qələmi sadəcə alqışlamaq olar.
2023 Okuma Raporları
Özür DilerizLee Ki-ho · Othello Yayıncılık · 2022211 okunma
7/10
·144 syf.··
2023 5. kitabı
·
26 günde okudu
·
Okunma: 22 Mart 2023 14:54
İsanların əsl qorxularından qaçaraq diqqətlərini onlar üçün mübarizə aparmağın daha asan olduğu bir şeyə yönəltməsini mükəmməl şəkildə təsvir edən bu kitab bir çox insana qaranlıq tuneldən çıxmağa kömək edə bilər. Üzləşməkdən qorxaraq intiqam duyğusunu çox zaman bədənimizə, qarnımıza yönəldirik. Həyatda hər şey - dietalar, sadəcə arıq bədənlər üçün tikilmiş geyimlər, moda jurnalları və s. insanları olduqları psixoloji vəziyyətdən qurtarmaq əvəzinə daha çətin duruma salır. Bu yolda əvvəlcə problemimizi müəyyənləşdirib, düşmənimizi - qorxumuzu tanıyıb onunla mübarizə aparmağı öyrənməliyik. Kitab bu mübarizə yolunda gözümüzü açacaq, qarnımızı hədəf olmaqdan yayındıracaq maraqlı faktlarla, statistik məlumatlarla, müxtəlif filmlərdən, kitablardan olan sıfatlarla zəngindir. Çox insanın həyatına toxuna biləcək gücə sahib bu kitab zamanımızı necə hədər etdiyimizi açıqca üzümüzə vurur. Tərcümə də olduqca gözəl olduğu üçün orijinal dildən oxuyurmuş kimi hiss etdim. Oxuduğum psixoloji-inkişaf kitabları arasında bir araşdırma kimi özünəməxsus yer tutdu.
2023 Okuma Raporları
Qarın, Sənin HekayənHilda Östbi · Qanun Nəşriyyatı · 20214 okunma