...bütün doğulmamış uşaqlar əvvəlcə cənnətdə olur, hər şeyi dərk edir və dünyaya gələcəkləri vaxt bütün həyatı boyu nələr yaşayacaqlarını əvvəlcədən görürlər. Ananın doğum sancıları tutanda cənnətdəki mələk doğulacaq olan uşağa yaxınlaşaraq barmağını həmin uşağın dodaqlarına yaxınlaşdırır və üst dodağın aşağı hissəsində dalğavari bir görüntü yaranır (əksər insanlarda var). Bu işarə həyata dair bildiyin və başına gələcəyin hər şeyi sənə unutdurur və heç nədən xəbərsiz halda dünyaya gəlirsən.
Bir inanca görə iki insan əgər bir-biri üçün yaradılıbsa onlar bir-birinə görünməz iplə bağlı olur. Dünyanın iki ucunda da olsanız, bir addımlıq məsafədə belə dayansanız, ya da həyat qarşınıza dayanmadan maneələr çıxarıb sizi ayırmağa çalışsa o ip yavaş-yavaş nazikləşəcək amma heç vaxt qopmayacaq.