O, bütün günü hovuzun yanında şöngüdü. Hərdən isə narahat halda düşərgəni dolaşdı. O, ölümün nə olduğunu bilirdi. Bilirdi ki, bu vaxt insan hərəkət etməkdən qalır, sonra isə dirilərin cərgəsindən əbədi ayrılır və o bilirdi ki, Con Tornton da ölüb. Bu, Bakın içərisində bir boşluq yaratdı . Bu boşluq aclığa oxşayırdı, lakin onu heç bir yeməklə doydurmaq olmazdı. Dərdinin acısını Bak ancaq hərdən dayanıb ixetlərin meyitlərinə tamaşa edərkən unudurdu. Və belə vaxtlarda özündə böyük bir vüqar hissi duyurdu - indiyə qədər keçirdiyindən min qat artıq olan vüqar hissi. Axı, o, ən uğurlu ov sayılan insan öldürmüşdü, özü də dəyənək və diş qanununa əsasən öldürmüşdü. O, meyitləri maraqla iyləyirdi. Onlar necə də asanlıqla ölmüşdülər. Adi iti öldürmək də onları öldürməkdən çətindir.
Oxları, nizələri və dəyənəkləri olmasa, insanlar Baka güc gələ bilməzlər. Bundan sonra əllərin də ox, nizə və dəyənək olmasa, onlardan qorxmağa dəyməz.