Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nurane

Nurane
@NurTennant
Ars longa, vita brevis
Öğrenci
28 Ağustos
13 okur puanı
Haziran 2022 tarihinde katıldı
Şu anda okuduğu kitap
424 syf.
·
Puan vermedi
Azərbaycan dilində tərcümə əsərləri oxumağı sevməyən birisiyəm amma bunu elə başa düşməyin ki, öz ana dilimi sevmirəm, xeyir sevirəm amma bir dəfəsində " Cinayət və Caza"nı Azərbaycan dilində oxumağa çalışdım...20 səhifə güclə dözdüm. Buna görə də tərcümə əsər oxumağı sevmirəm. Əsəri ilk oxumağa başlayanda qəhrəmanlara görə tərcümə əsər olduğunu fikirləşmişdim amma elə deyil. Günümüzün Azərbaycan ədəbiyyatına da biraz önyarğılıydım. Amma kitap sərgisində bestseller sözünü görən kimi bir şans vermək istədim. Yaxşı ki vermişəm də. Əsərin fəlsəfi tərfi, intihar haqqında yazılanlar, Əmin və Adrina'nın hekayəsi, serblər və bosniyalılar haqqında yazılanlar və müharibənin o iyrənc tərəfinin dəhşətini mənə çox təsir elədi. Yazıçının yazım tərzini və hekayəni anlatmaq tərzini bəyəndim. Əsərdə ən sevdiyim şey baş qəhrəmanların düşüncə tərzi və bizə anlatılan bir çox elmi mövzuların insana zövq verməsi və marağını cəlb etməsiydi. Rövşən Abdullaoğlunun digər əsərlərini oxumaq nəsib olsun inşəallah.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,050 okunma