Nuray Rəşid

10/10
·103 syf.··
2026 6. kitabı
Kitaba keçməzdən öncə qeyd etməliyəm ki, müəllif sona yaxın həm əsərin adının, həm də üz qabığındakı təsvirin mahiyyətini elə bir dəqiqliklə açır ki, oxucu bu seçimin heç də təsadüfi olmadığını anlayır. Hətta deyərdim ki, kitabın bütün fəlsəfəsi məhz bu ana xətt üzərində qurulub. Povestdə həyatda edilən yanlış seçimlərin ətrafındakı doğru insanların taleyini necə alt-üst etdiyi böyük ustalıqla təsvir olunub. Əsərdəki obrazların hər biri( Hamlet, Liliya, Bulud, Türkay, Nazilə, Əli, Mirzə )o qədər canlıdır ki, onların heç birinin təsadüfi olmadığını, hər birinin taleyinə incəliklə toxunulduğunu hiss edirsən. Hekayə Türkayın yetimxanadakı acınacaqlı həyatı ilə başlayır. Türkayın timsalında biz günümüzün ən böyük ağrılarından birini ,valideynləri tərəfindən ya məcburiyyətdən, ya da məsuliyyətsizlikdən kimsəsizlər evinə atılan uşaqların acı taleyini görürük. Müəllif oxucuya çatdırır ki, o soyuq divarlar arasında tənhalığı iliklərinə qədər duyan bu uşaqlar üçün yad bir insanın kiçik bir nəvazişi belə ruhlarında böyük ümidlər cücərdə bilər.Əsərdə ailə daxili problemlər, xüsusən də Hamletin atası ilə olan münasibəti çox təsirli işlənib. Atasının, onun rus xanımla qurduğu xoşbəxt nikahına etiraz edərək onu övladlıqdan silməsi və çətin anında yanında durmaması bir övladın yaşaya biləcəyi ən ağır sınaqlardan biridir. Valideynlər övladlarının seçimlərinə hörmət etməli, onlar büdrəyəndə isə kürəklərini söykəyə biləcəyi bir dağ olmalıdırlar. Kitabda insana dair hər şey var: dostluq, sevgi, önyarğı və inam. Əsər o qədər axıcıdır ki, bir nəfəsə oxunur; geriyə boylananda qaranlıq qalan heç bir detal yoxdur. Mütaliə zamanı bəzən obrazlara qarşı önyarğı ilə yanaşdığım, onlara əsəbləşdiyim anlar olsa da, sona çatdıqda anladım ki, heç nə ilk təəssüratdakı kimi deyil və hər şeyə səbrlə
1000Kitap
Əl İşiNərimanlı · Adiloğlu Nəşriyyat · 20242 okunma
Reklam
Və İstanbul kimisən...
10/10
·80 syf.··
Beğendi
·
2026 5. kitabı
__Şeir oxumağı çox sevdiyim üçün bu kitab mənim gözləntilərimi tam qarşıladı. Şeirlər, kitabın adından da bəlli olduğu kimi, sevgidən bəhs edir. Sevginin hər çaları, ona aid bütün hisslər şair tərəfindən səmimi və içdən, ən əsası isə oxucuya hiss etdirəcək şəkildə təqdim olunub. Eşq acısını yaşamayan bir oxucu belə bu hissin necə dərin olduğunu misralardan təsəvvür edə bilir. Sevgi birlik içində olduqda insanı necə xoşbəxt etdiyini, ayrılıq və həsrətə çevrildikdə isə necə yaraladığını, aşiqə hansı duyğuları yaşatdığını şair çox uğurlu şəkildə ifadə edib. Sevginin dar və işıqlı küçələrini, enişli-yoxuşlu yollarını təsirli və poetik dillə təsvir etməyi bacarıb. Çox bəyəndim. Şairimizin dünyəvi və fərqli mövzularda da qələmini maraq etdiyimi qeyd etmək istəyirəm.__
Duygu ve Düşünce
Və İstanbul Kimisən...Rəşid Nəsirzadə · Elm və Təhsil Nəşriyyatı · 20268 okunma
10/10
·120 syf.··
2026 3. kitabı
·
31 saatte okudu
·
Okunma: 07 Ocak 2026 15:34
Bu kitab çox dəyərli oldu mənim üçün. "İnsan nə ilə yaşar?" Sualının cavabı əslində bizim ağlımıza gələn cavablardan daha çoxu olduğunu öyrətdi mənə. İnsanın maddi və mənəvi dünyasını doyuracaq, tox saxlayacaq qısa hekayələr toplusudur deyə bilərəm.
İnsan Ne İle Yaşar?Lev Tolstoy · Koridor Yayıncılık · 2020234,3bin okunma
7/10
·176 syf.··
2026 2. kitabı
·
9 günde okudu
·
Okunma: 02 Ocak 2026 16:00
İkigainizi tapmağa və ya əslində sizin də ikigainizin olduğunuzun fərqinə varmağa kömək edəcək bir kitabdır. İnsana motivasiya verir və ən əsası sizin motivasiyanıza mənfi təsir göstərən səbəbləri göstərir. Həyat keyfiyyətinu artırır. Və mənə görə ən ən əsas sabah yuxudan həvəslə oyanmağınıza kömək edəcək nə qədər səbəbə yaxınlaşdırır.
Ikigai - Japonların Uzun ve Mutlu Yaşam SırrıFrancesc Miralles · İndigo Kitap · 202024bin okunma
Bir gəncjn manifesti
10/10
·264 syf.··
2026 1. kitabı
·
8 günde okudu
·
Okunma: 01 Ocak 2026 22:14
Kitab düşünürsənsə varsan mesajını verir. Kasıb amma düşüncəsi zəngin insanların, imkanlı insanlar tərəfindən xor görülməsi, əzilməsini çox acı formada oxuculara çatdırır. Baharın ölümü isə kitabın ən təsirli hissəsi idi. 1 manatın bir insanın həyatından üstün tutulması, Baharın faciəvi ölümü oxucunu daha da reallığa yaxınlaşdırırdı. Kitab sadə amma romantikadan uzaq olması oxucunu dərindən düşünməyə vadar edir. Bir Gəncin Manifesti
Bir Gəncin ManifestiMir Celal · Bakı Kitab Klubu · 2019349 okunma