Bütün dostlarımı tərk edə biləcəyimnən əminəm artığ. Hamısının getməyini istəyirəm, deyəsən artığ gediblər. Birini müasirlik adıyla soxuşdurmağa çalışan ən axmaq düşüncələriylə, birini hər dəfə eyni yerdən vurmağlarıyla , birini biraz vecsizliyim, birini də yoxluğuyla arada qoyub getmək. Sevməyən sevgilini isə, heç xatırlamamaq, unutmaq. Həqiqət axtarışında deyiləm mən. Mən daha çox bütün həqiqətləri itirmək fikrindəyəm. Hər şeyi , hər kəsi itirmək istəyirəm. Tək hiss etmək bəs etmir artıq, tək qalmaq vaxtıdır. Qaranlığdan çıxıb zülmətə düşməkdir bəlkə də bunun adı. Amma yox olmağı var olmağdan üstün tutmalıyam artığ. Ağlımda getmək fikri ,ürəyimdə yox olmağ üzrə olan adam. Fincanda da soyumağ üzrə olan çay. Ağrılı keçir günlər. Günlərim daha maraqsız və daha sakit.
Mən doğrudan da buyam? Mən
uçuruma doğru gedirəm” deyirik özümüzə və uğrunda çapaladığımız hər
şeyin necə də mənasız və lazımsız olduğunu və əsl lazımlı şeylərin bir
kənarda qalıb baxımsızlıqdan toz basdığını anlayırıq...
Amma yox. Bunu heç vaxt eləmirik. Özümüzə o sualı heç vaxt
vermirik. İnsanlardan kənarda güzgüdəki əksimizlə üz-üzə gəldikdə isə
gözümüzün içinə yox, üzümüzdəki sızanaqlara, burnumuzun əyriliyinə,alnımızın qırışına baxırıq. Axmaq olduğumuzu heç cürə qəbul edə bilmərik.Axı hər birimiz ayrılıqda bir Eynşteynik.