Hun Çol prokuror ola bilməmişdi.Anası hamıya deyərdi ki,“Prokuror olmaq Hun Çolun arzusudur”,sən demə,bu,anasının da arzusu imiş.Hun Çol fikirləşirdi ki,bu,heç vaxt baş tutmayan uşaqlıq xəyalıdır,amma anasının xəyallarını alt-üst etdiyini heç düşünməmişdi.“Bağışla məni,ana,sözümün üstündə durmadım”.İndi bircə şey istəyirdi;anasını tapıb onun qayğısına qalmaq.Amma ürəyinə dammışdı ki,bu fürsəti çoxdan əldən verib.
Anan həmişə sənin gözündə “ana” olub.Onun da nə vaxtsa iməklədiyini,ilk addımlarını atdığını,üç,on,on iki,ya da iyirmi yaşında olduğunu heç fikirləşməmişdin.Elə bil ana kimi dünyaya gəlmişdi.Uşaqlığı,cavanlığı olmamışdı.
Həyatda nəyin ki üstündə çox fikirləşirsən,o iş sənin gözündə qeyri-adiliyini,gözlənilməzliyini itirir.Hətta ən qeyri-adi hadisələri belə əvvəlcədən yaxşı-yaxşı götür-qoy eləyib hazırlıqlı olsan,o şey gözündə kiçilər,bəsitləşər.
Əslində,“gözlənilməz”hadisələrlə qarşılaşırsansa,demək,onlar haqqında çox da baş yormamısan.