Nzrynnn

Nzrynnn
Səadətində bir qiyməti var,onu ödəmək lazımdır..
10/10
·216 syf.··
2026 8. kitabı
·
25 günde okudu
·
Okunma: 08 Haziran 2026 20:13
Kitab mı bitdi,yoxsa mən mi bitdim bu,hələ də müəmmalıdır. Göz yaşlarımın,“kaş ki”lərimin və bəzən də peşmanlıqlarımın müşayiəti ilə oxudum bu kitabı.Ailənin ananı axtarması,onun yoxluğunu hiss etdikcə keçirdikləri peşmanlıq və xatirələr əsərin əsas xəttini təşkil edir.Onlar ananı itirəndən sonra onun evdə və həyatda nə qədər böyük rol oynadığını daha yaxşı anlayırlar.Hər hissədə oxucuya ailə bağlarının və ana sevgisinin nə qədər dəyərli olduğu hiss etdirilir. Özümü o hadisənin bir parçası kimi hiss edirdim.Xoşbəxt yaşamaq,rahat yaşamaq arzusu ilə çırpınarkən,mənim üçün çox şeyini fəda edən anamı da xəyallarıma daxil etmişdimmi?Gələcək planlarımda onun rahatlığı üçün nəsə düşünmüşdümmü?—deyə özümü sorğulayıb tükəndim.Kitab o qədər dərin izlər buraxır ki,bitirənə qədər anamın gözlərinə baxıb dəfələrlə şükür edib,gülümsəmişəm.Hər birimizə sevdiklərimizin,sevənlərimizin qədrini vaxtında bildiyimiz bir həyat arzulayıram.♡
Anam Sənə ƏmanətKyung-sook Shin · Yənbu · 2019357 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·400 syf.··
2026 7. kitabı
·
4 günde okudu
·
Okunma: 13 Mayıs 2026 13:10
Bu qədər bəyənəcəyimi düşünmürdüm,doğrusu.Son təhlillərimdən belə nəticəyə gəlmişəm ki,mən deyəsən ön mühakimə ilə yanaşdığım kitabları daha çox sevirəm. Kitab çox axıcı yazılıb.Oxuyarkən heç sıxılmadım,hətta həyəcan içində oxudum.Artıq detektivlik tələb edən məqamlar olanda bəzi şeyləri təxmin etməyi bacarıram.Ağlımda sonunun belə olacağına dair bir fikir vardı və yanılmadım.Buna baxmayaraq,oxumaq çox zövqverici idi.Ailədə sevgi görməyən insanlar görəsən həmişəmi insanlar tərəfindən də sevilmir?Yoxsa bu da psixologiyamızın bizə oynadığı bir oyundur? Deyəsən,acı da olsa,gerçəklikdir… bilmirəm. Oxunmağa layiq bir kitabdır,məncə.Xoş mütaliələr♡
Səssiz PasiyentAlex Michaelides · Qanun Nəşriyyatı · 202112,7bin okunma
10/10
·316 syf.··
2026 6. kitabı
·
4 günde okudu
·
Okunma: 08 Nisan 2026 22:29
Yenə doğru zamanında gələn və ruhumu alt-üst edən bir kitab.Nə yaxşı ki,bu kitabı belə bir vaxtda oxumuşam.Bir oxucu üçün ən gözəl şeydir bir kitabı ən doğru zamanda oxumaq.Bu kitabı oxumağa məni sövq edən o gözəl incələməyə görə təşəkkür edirəm. Münasib Niftalıyev İlk növbədə qeyd edim ki,kitab çox axıcı,oxunması rahat üslubda yazılıb,yormadan,sıxılmadan oxumaq mümkündür. Bilmirəm hiss etdiklərimi necə ifadə edim.Conla atasının arasında olan münasibətdə təəssüf ki,özümü görürdüm.Bəlkə də bu səbəbdən daha ağrılı oldu mənim üçün o hissələri oxumaq.Kitab oxuyarkən ağlamaq üçün darıxmışdım:)Sonlara qədər Savanna ilə olan münasibətləri bütün bunların gerisində qalırdı,taa ki,həmin hissəyə çatana kimi (spoiler vermək istəmədim).Artıq qum,dəniz,sahil-bütün bunlar xatirimdə qarabuğdayı Savannanı,qulağının ardına etdiyi saçlarını,ona məftun olan,dənizdə serfinq sürən Conu canlandıracaq. Bilmirəm,həyatda bu cür sevgilər,bu cür sevənlər var ya yox,amma yenə də bunları kitablarda oxumaq belə gözəldir.Sözsüz ki,uzun müddət təsirində qalacağam.Həyatımda nəyisə dəyişdirəcəkmi,bilmirəm,amma qəlbimdə çox şeyi dəyişdirdiyinə əminəm.İstəməzdim atası ilə çəkdirdiyi tək şəkil bizim Conla oxşar cəhətimiz kimi yaddaşımda qalsın.Bəlkə də bunu dəyişdirməyim üçün Condan fərqli olaraq mənim bir şansım var. Bilmirəm... Məncə,ölmədən əvvəl oxunacaqlara daxil olmağa layiq kitabdır.Oxusanız, peşman olmazsınız deyə düşünürəm. Xoş mütaliələr ♡
Sevgili ConNicholas Sparks · Qanun Nəşriyyatı · 2013487 okunma
Puan vermedi·360 syf.··
2026 5. kitabı
·
15 günde okudu
·
Okunma: 05 Nisan 2026 10:20
Spoiler ola bilər İlk növbədə təəssüf ilə bildirmək istəyirəm ki,1 günə oxunulacaq qədər maraqlı bir kitabı 15 günə oxudum.Bütün ruhumu əsarətə alan bu "kitab oxuya bilməmək" hissindənmi deyim,dövründənmi deyim,hər nədirsə qurtula bilmirəm.Kitab çox maraqlı,axıcı və eyni zamanda təsirli idi.Orxanın öldüyü hissədə ağlamadan dura bilmədim.Hələ Əqdəmı demirəm…Lakin Salmanın əsərinin özünə məxsus olmamasının gizli qalmasını gözləmirdim.Eyni zamanda Cəfərə olunan haqsızlığın ortaya çıxmaması da diqqətimi çəkdi.Və burdan yola çıxaraqdan öyrəndim ki,kitabın davamı var imiş.Ən çox təsir edən isə o oldu ki,insan bu dünyadan getsə belə,onun qoyduğu iz qalır… Bəlkə də biz fərqində olmadan başqalarının həyatında bir “kölgə”yə çevrilirik.
Təyyarə KölgəsiƏlibala Hacızadə · KitabKlubu · 201559 okunma
Puan vermedi·880 syf.··
2026 4. kitabı
·
46 günde okudu
·
Okunma: 14 Mart 2026 19:52
Bəlkə də qəlbimin hansısa dərinliyində bu kitabı Rusiyanın soyuq,boz günlərində oxumaq istəyi vardı,bilmirəm… İllərdir haqqında eşitdiyim,ətrafımdakı insanların dilindən düşməyən, "mütləq oxunmalıdır" deyilən bir şah əsəri 45 gün sonunda bitirdim.Rs dövrümə təsadüf etdiyi üçün biraz gec oldu,yoxsa daha tez bitirərdim.Kitaba başladığım andan etibarən gözlərim hər sətirdə Annanı axtarırdı,səbirsizliklə kitaba daxil olacağı anı gözlədim.Adı Anna olan,amma Annadan 100–150 (təxmini)səhifə bəhs edən bir kitab.Müəyyən yerə qədər Levini oxuduqca əsəbləşirdim "Bəsdi, artıq mən Annadan oxumaq istəyirəm" deyə oxumağa həvəsim ölürdü.Ancaq sonradan düşüncəm tərsi yönündə dəyişdi.Levini oxumaqdan çox böyük zövq aldım.Onun daxili dünyası,düşüncələri,həyata baxışı o qədər gözəl təsvir olunmuşdu ki,zaman-zaman Levində özümə oxşarlıqlar tapırdım.Xüsusilə də son hissədə kitabı yerə qoymaq qeyri-mümkün olmuşdu.Bu müddət ərzində kitabla o qədər bütövləşmişdik ki,bitməsin deyə oxumaq istəmirdim. İndi isə gələk Annaya… Haqqında həm çox danışmaq istədiyim,həm də söz tapmadığım bir obraz.Əslində qalsa,mən Annaya heç bir yerdə haqq qazandıra bilmədim.Yəni qəlbində bir məhəbbət olduğunu hiss etmədim,o duyğu mənə keçmədi.Məhəbbətdən ziyadə,sanki bağlılıq,obsesiya vardı.Sanki durğun,sıxıcı,mənası olmayan həyatında bir məna axtarırdı,həyatındakı boşluqları doldurmaq üçün cəhd edirmiş kimi təsir bağışladı mənə."Vronski üçün məhəbbətim üçün Seryojamdan vaz keçdim" düşüncəsinin bağışlanılacaq tərəfi yoxdu,deyə düşünürəm.Mənasız qısqanclıqları Vronski ilə bərabər məni də sıxırdı.Lakin çox qəribə şəkildə ona tam nifrət edə,onu qınaya bilmədim.Hərəkətləri,xüsusilə də sonlara yaxın,Levinlə bağlı olan hissə məndə ikrah doğurdu,amma bunu obraza qarşı nifrət adlandırmaq mümkün deyil.Mənə maraqlı gələn daha
Anna KareninaLev Tolstoy · Bakı, Teas Press Nəşriyyatı · 202355,5bin okunma