Elə dərd də burasındadır ki, bir-birimizə kömək eləmirik. Qalxan yıxılana baxmır. Kim güclüdürsə, qamarlayıb alır. Biri var-dövlətini qoymağa yer tapmır, o biri acından ölür. Biri gecə-gündüz dəridən çıxıb işləyir, o biri at belində gəzir.
Azərbaycan ədəbiyyatı klassiklərinin şedevrlərindən. Səhifə sayının uzun olmasına baxmayaraq çox axıcıdır. Bitməsini istəmədiyim üçün yavaş-yavaş oxuduğum kitablardan oldu.
O dövrün aktual mövzularından- köhnə həyat tərzinin sıxışdıran yeniləşmə meyillərinin ortaya çıxması, cəhalətin insanlarda yaratdığı təsir,milli-mənəvi dəyərlərə təcavüz öz əksini tapmışdır.