Olivia

Olivia
@Oliviaaaa
Slave to freedom
Medicine
Baku
Baku, 23 Ocak
47 okur puanı
Eylül 2022 tarihinde katıldı
Puan vermedi·296 syf.··
2023 6. kitabı
·
82 günde okudu
·
Okunma: 22 Mayıs 2023 18:17
Kitab tibb sahəsində oxuyanların,çalıṣanların zövqünə daha çox uyğundur,terminlərin olması kitabı bu sahənin adamlarının daha çox başa düşəcəyi tərzdə edir.Ümumən çox maraqlıdır,ən əsası real hadisələrdən götürülməsi onu daha maraqlı edir.Neyrocərrahiyənin dərinlikləri,incəlikləri,parlaq və qaranlıq tərəfləri göstərilir,amma təəssüf ki,daha çox qaranlıq,kədərli məqamlara rast gəlmək olur. Müəllif öz həyat hekayəsinə də yer verərək,bir həkimin gündəlik həyatından danışır,öz başına gələnləri və yaşadığı hissləri acısı ilə,şirini ilə,ən əsası gerçəkliklərlə təqdim edir.Tibb sahəsinə həvəsi olan və ya neyrocərrahiyəni seçmək istəyənlər bir daha yaxşı düşünmək və qərar vermək istəyirsə ,bu kitabı oxumalıdır məncə.Çünki ,hətta bu sahəni seçənlər belə kitabı oxuduqdan sonra seçdiyi peşənin məsuliyyətini dĕrk edəcək və öncədən hər şeyə hazırlanmış olacaq,hətta bëziləri,mən deyərdim,bu kitabdan sonra qərarını dəyişər ya da yarı buraxar...Xoş mütailələr!
Zərər VerməHenry Marsh · Qanun Nəşriyyatı · 0146 okunma
Reklam
Pul və xoşbəxtlik arasında...
Puan vermedi·252 syf.··
Beğendi
·
2023 5. kitabı
Kitab əvvəl adi jurnalist olmuş ,lakin sonradan dayısından qalan miras hesabına varlanmış gəncin həyatından ,başına gələn əhvalatlardan bəhs edir.Yüksək miqdarda pulun,zənginliyin onun başına açdığı bəlalar onun xoşbəxtliyini əlindən alır,ona əvvəlki həyatı arzulamağı məcbur edir.Gənc oliqarx dərk edir ki,hər şey pulla öıçülmür,əksinə pula nifrət edir və pulun ən çirkli şey olduğunu düşünür.Varlı,pul düşkünü olmuş şəxslərin çoxsaylı cəhdlərinə,onu manipulyasiya etməsinə baxmayaraq,o öz fikrindən,əqidəsindən yayınmır,əxlaqi dəyərləri,şərəfi,vicdanı həmişə puldan üstün tutur və əsl mərd kimi davranır.Həmçinin əvvəl fağır,heç kəslə işi olmayan gənc indi əsl "şir"ə dönür və hərkəsin qorxacağı həddə birinə çevrilir.Bu da əsərdə ən çox diqqət çəkən məqamlardan biridir.Lakin onun bu cür dəyişməsinə əsl səbəb onun sevgisi idi.Sevdiyi qızı "çirkin" adamlardan qorumaq və onlardan qisasını almaq üçün gənc tamamilə başqa biri olur,önündə heç kəs dayana bilmir.Əsərdə ən çox xoşuma gələn obrazlardan biri də Tələt adlı mühafizə rəisi oldu.Öz işini peşəkarca görən bu şəxs həmçinin yüksək əxlaqi keyfiyyətləri və məsuliyyəti ilə diqqət çəkirdi.Əsərin gedişi boyunca Tələt həm gənc oliqarxın,həm onun sevdiyi qızın əsl qəhrəmanı olur və onlar üçün əlindən gələni edir.Məncə,hər kəs həyatda da ,işdə də Tələt kimi işini mükəmməl yerinə yerirən,ləyaqətli birinə ehtiyac duyur.Ümumən əsər çox maraqlı idi,deyə biləcəyim çox söz olsa da qısaca deyə bilərəm ki,əsərin gedişi boyu sıxılmadım ,əksinə zəncirvari baş verən hadisələr məni real həyatdan götürüb,kitabın dünyasına apardı.Oxumağı tövsiyyə edirəm.
Oliqarxın SəhviCengiz Abdullayev · Teas Press · 202246 okunma
Puan vermedi·320 syf.··
2023 4. kitabı
·
17 günde okudu
·
Okunma: 01 Mart 2023 19:54
Kitab məhşur xəfiyyə Şerlok Holmsun macəralarından,onun başına gələn və araşdırdığı maraqlı,bir o qədər ağlasığmaz hadisələrdən bəhs edir.Əsərdə Holmsla dostu Uotson birlikdə bir neçə cinayətin üstünü açmış,təhlükəli vəziyyətlərə düşmüş ,bir o qədər də maraqlı və fərqli anlar yaşamışdır.Əsərdə siz maraqlı əhvalatlara rast gəlməklə qalmayacaq,eyni zamanda Holmsun düşüncə tərzini baxış bucağını anlamaqla onun kimi düşünə biləcək,hadisələrə başqa mövqedən baxmağı öyrənəcək və çox şeyin ən xırda və önəmsiz detallarla belə təxmin edilməsinin mümkünlüyünü görəcəksiniz.Holmsun yanaşma tərzi kitabı oxuyan digər şəxslərdə də bu düşüncə tərzini formalaşdırır.Qeyd edim ki,yazıçı Artur Konan Doylun Şerlok Holmsa aid bir neçə əsəri var və bu onlardan biri "Göy Yaqut" əsəridir.Əsərin belə adlanmasının səbəbi buradakı hekayələrdən ən maraqlılarından biri olan göy yaqutla bağlı cinayət işidir.Bir sözlə ,kitab oxuyarkən vaxt necə keçdiyini anlamayacağınız qədər maraqlıdır və buna sərf edilən vaxta dəyər.Xoş mütailələr!
Şerlok Holms Göy YaqutArthur Conan Doyle · Qanun Nəşriyyatı · 20183,953 okunma
Puan vermedi·96 syf.··
Beğendi
·
2023 3. kitabı
·
7 saatte okudu
·
Okunma: 11 Şubat 2023 16:32
Kitab ümumən maraqlıdır.Kitabda baş verən hadisələr, xəyali məhsul olan Quiquendone kəndində normal insanların həyat tərzindən bəhs edilir.Digərlərinə görə fərqli həyat tərzi olan və hüzur içində savaşsız yaşayan bu insanların rahatlığığ,hüzüru bir an içində pozulmağa başlayır.Bunun səbəbi isə onlara kömək etmək məqsədilə gəldiyini düşündükləri ,lakin əsl məqsədi bir təcrübə aparmaq üçün bu kəndin sakinlərini qurban seçmək olan və qəddarcasına əhalinin həyatını bir neçə gün içində tam əksinə dəyişən Dr.Ox -un apardığı təhlükəli,lakin nəticəsi çox önəmli olan bir təcrübədir.Son olaraq,əsərdən əsas öyrəndiyim şey bu təcrübənin nəticəsi oldu.Bu baxımdan maraqlı bir eksperimentin şahidi olacağınız və yeni məlumat öyrənəcəyiniz üçün kitab maraqlıdır və əsərin gedişatı boyunca cərəyan edən müxtəlif hadisələr də sizdə maraq hissi yaradaraq kitabı daha tez bitirməyinizə səbəb olacaq .Xoş mütailələr!
Doktor Ox'un DeneyiJules Verne · İş Bankası Kültür Yayınları · 202123,7bin okunma
Puan vermedi·111 syf.··
Beğendi
·
2023 2. kitabı
·
14 saatte okudu
·
Okunma: 10 Şubat 2023 22:26
Oxuduğum möhtəşəm kitablardan biridir.Kitab ümumən 2 zidd xarakterli dostun bir -biri ilə yola getməsə də iş həyatının,birlikdə olduğu illərin və verdiyi sözlərin ,ortaq arzularının olçası səbəsilə məcbur bir yerdə yaşamasından və onların başlarına gələn əhvalatlardan bəhs edir.Kitabdan əsas öyrənməli olduğumuz şey,insanların bir-birinə qarşı qarşılıqlı güvən və hörmətin olması gərəkdiyidir.Məsələ,güc,var dövlət,bir ev,torpaq deyil.Bəzən bir düşüncə ilə də xoşbəxt olmaq olar,realda mövcud olmayan,mövcud olması mümkün belə olmayan xəyallarla da .Əsas olan anı yaşamaq və xəyalda da olsa ,sahib olduğun kiçik şeylərlə də olsa , kimsəsiz birindən fərqli olaraq çox vaxt da
Fareler ve İnsanlarJohn Steinbeck · Sel Yayıncılık · 2023211,8bin okunma
Reklam