Orxan

Orxan
Ölümdən daha qorxulu həqiqətlər var bu həyatda.
Gəlmə Ayrılıq mehriban, ayrılıq doğma, Gəlmə. Ayrılığın evini yıxma. Arzular dirçələr, yuxum çin olar, Otaqda gərəksiz gülüşlər dolar. Məndən küsüb gedər incik şeirlər, Sevinclər içində təklənər kədər. Əzablar içində yaşayım yenə, Xeyli dərd lazımdır ölmək üçün mənə Gəlmə. Belə qalım, azadam, azad Mənə bu dünyada, o dünyada YAD. Vaqif Səmədoğlu
Reklam
Nəsimi
müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır, Ağlamayım nеyləyim, çün gövdədən can ayrılır. Еy sənəm, hicran əlində nalеyi-zar еylərəm, Gözlərimdən sanasan dəryayi-ümman ayrılır. Ol səbəbdəndir ki, mən bimarü rəncur olmuşam, Хəstə könlüm mərhəmi, şol dərdə dərman ayrılır
Hisslərin qisası
Sənə hərkəsdən qisas almağı,ən çətini isə bağışlamağı öyrədəcəm.
Söz
Hisslərin qisası
Uşaqlığımdan bəri yalnızam mən. Yalnızlıq.... Dostum, sirdaşım, yol yoldaşım yalnızlıq. Məni özümlə tanış edən, daxilimə fərqli səyahətlər etdirən yalnızlıq... Bəzən düşünürəm ki, insanlar arasında bunu bacara bilməzdim. Özümü kəşf edə bilməzdim, kitaba, qələmə sarılıb şah bir əsər yarada bilməzdim. Bir qədər şişirtdim deyəsən. Sadə məzmunu olan, sonu intiharla bitən əsər sadəcə. Nə gözləyirdiz ki sanki?. Mənim kimi biri necə bir əsər yazmalıdır? Həyatın gözəlliklərini görməyən birindən bu gözəllikləri qələmin, sözlərin gücüylə təsvir etməsini gözləmək məntiqlidir sizcə?. Əlbətdə ki, deyil. Hər zaman bu sualı verirəm özümə: Axı niyə mən bacara bilmədim? Səhvlik nədə idi? Cavab verə bilmirəm. Bir tərəfdən yalnızlığımı yüksək qiymətləndirirəm, digər tərəfdən ürək ağrısı ilə xatırlayıram yalnız olmağımı. Bu iki fikir məhv edir, boğur məni,  nəfəs ala bilmirəm sanki. Yalnızlığımla qürur duyduğum zamanlar qəlbimdə olanları, psixologiyama uyğun olaraq yazıya alır, yalnızlıqdan sıxıldığım zamanlar yazdıqlarımı kənara atır, insanların çox olduğu yerlərə parklara kitabxanalara baş çəkirəm. Onları kənardan izləmək belə xoş olur həmin dəqiqələrdə. Sanki mən də bu xoş ortamın bir parçası oluram. Biraz qəribə olacaq deyəcəklərim bilirəm, amma mən özüm-özümlə, bir-birinə zidd olan düşüncələrimlə mübarizə aparıram. Mübarizəni başqa biriylə aparsaydım, qalib olma ehtimalım  vardır. Qarşıdakı insanın psixologiyasını bilmək mübarizə üçün böyük bir avantaj olur. Sən qarşıdakının demək olar ki, psixologiyasına bələdsən, o isə sənin necə bir həmlə edəcəyini bilmir və necə bir özünü müdafiə forması seçəcəyini bilmir. Yəni qalib olma şansın var. Amma özünlə mübarizədə belə deyil. Özün bilirsən hansı gedişlər olacaq, hansı özünü müdafiə formasından istifadə etmək mümkündür və beləliklə
İnsan nə zaman öz xətalarına görə məsuliyyət daşıyırsa, o zaman böyümüşdür. Hisslərin qisası