Orxan

Orxan
Ölümdən daha qorxulu həqiqətlər var bu həyatda.
Hisslərin qisası
Uşaqlığımdan bəri yalnızam mən. Yalnızlıq.... Dostum, sirdaşım, yol yoldaşım yalnızlıq. Məni özümlə tanış edən, daxilimə fərqli səyahətlər etdirən yalnızlıq... Bəzən düşünürəm ki, insanlar arasında bunu bacara bilməzdim. Özümü kəşf edə bilməzdim, kitaba, qələmə sarılıb şah bir əsər yarada bilməzdim. Bir qədər şişirtdim deyəsən. Sadə məzmunu olan, sonu intiharla bitən əsər sadəcə. Nə gözləyirdiz ki sanki?. Mənim kimi biri necə bir əsər yazmalıdır? Həyatın gözəlliklərini görməyən birindən bu gözəllikləri qələmin, sözlərin gücüylə təsvir etməsini gözləmək məntiqlidir sizcə?. Əlbətdə ki, deyil. Hər zaman bu sualı verirəm özümə: Axı niyə mən bacara bilmədim? Səhvlik nədə idi? Cavab verə bilmirəm. Bir tərəfdən yalnızlığımı yüksək qiymətləndirirəm, digər tərəfdən ürək ağrısı ilə xatırlayıram yalnız olmağımı. Bu iki fikir məhv edir, boğur məni,  nəfəs ala bilmirəm sanki. Yalnızlığımla qürur duyduğum zamanlar qəlbimdə olanları, psixologiyama uyğun olaraq yazıya alır, yalnızlıqdan sıxıldığım zamanlar yazdıqlarımı kənara atır, insanların çox olduğu yerlərə parklara kitabxanalara baş çəkirəm. Onları kənardan izləmək belə xoş olur həmin dəqiqələrdə. Sanki mən də bu xoş ortamın bir parçası oluram. Biraz qəribə olacaq deyəcəklərim bilirəm, amma mən özüm-özümlə, bir-birinə zidd olan düşüncələrimlə mübarizə aparıram. Mübarizəni başqa biriylə aparsaydım, qalib olma ehtimalım  vardır. Qarşıdakı insanın psixologiyasını bilmək mübarizə üçün böyük bir avantaj olur. Sən qarşıdakının demək olar ki, psixologiyasına bələdsən, o isə sənin necə bir həmlə edəcəyini bilmir və necə bir özünü müdafiə forması seçəcəyini bilmir. Yəni qalib olma şansın var. Amma özünlə mübarizədə belə deyil. Özün bilirsən hansı gedişlər olacaq, hansı özünü müdafiə formasından istifadə etmək mümkündür və beləliklə
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
İnsan nə zaman öz xətalarına görə məsuliyyət daşıyırsa, o zaman böyümüşdür. Hisslərin qisası
Bilirsən əslində görnüşə fikir vermirəm. Çünki, insanın ağlı ilə danışır insan. Bu isə çox vacibdir. İnsanın dərdini danışa biləcəyi olmağı çox gözəldir. Ancaq sən fərqlisən, sənin görnüşündə izah edilməyəcək enerji var. Heç insan danışıb sükutu pozmaq istəmir. Sadəcə sənə baxmaq istəyir. Bu gözəllik deyil, xeyr. Burda İlahi nəsə var. Hisslərin qisası
Yaxşı, de görüm, işindən razısan? Ümumiyyətlə baxanda razıyam. Bilirsən illər keçir, yaşa dolduqca hər şeyə aydın baxırsan. Başa düşürsən ki, bəşəriyyətin dahisi deyilsən. Başa düşürsən ki, həyatda sənin kimiləri çoxdu. Elə ki, bunları başa düşdün, onda yaşamaq da asan olur. Sakitcə oturub öz işini görürsən. Bün keçdi(b/f).
İndiki mən, keçmişdəki mənə yaddı. Hisslərin qisası