İstəklərinə məhəl qoyulmadan evləndirilən, otağa salınıb tək bir işə məhkum edilən insanı(qadını) hansısa dramaturq necə maraqlı və həqiqətə uyğun təsvir edə bilərdi? Yeganə mümkün tərcüman eşq idi.
Qadın xəyali aləmdə olduqca böyük önəm daşıyır, gerçək həyatda isə tamamilə lazımsızdır. Poeziyanı sətir-sətir işğal edib, lakin tarixdə adı yoxdur. Ədəbiyyatda krallara, fatehlərə hökm edir, lakin gerçək həyatda ailəsi barmağına zorla üzük taxır, hansısa cavan oğlanın köləsinə çevrilir. Ədəbiyyatda dodaqlarından ən təsirli sözlər, ən dərin fikirlər süzülür, lakin həqiqət budur ki, yazını üzündən oxuya bilmir, tələffüzü çox pisdir və ərinin mülkiyyətindən başqa bir şey deyil.