Gulay

Gulay
Səkkiz uşaq böyütmüş qulluqçu qadınl dünyanın gözündə yüz min funt-sterlinq qazanmış vəkildən daha dəyərsizdirmi?!
Sayfa 74·Kitabı okudu
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Buna görə Napoleonla Mussolini qadınların zəif olmasını israrla vurğulayırdı. Əgər qadınlar aşağıda olmasaydı, özlərini yüksəldə bilməzdilər.
Sayfa 67·Kitabı okudu
Qadınlar əsrlər boyu kişiləri olduqlarından iki dəfə böyük göstərən sehrli və möhtəşəm gücə sahib güzgü rolunu oynayıb. Həmin güc olmasaydı, yəqin ki, dünya hələ də bataqlıq və cəngəlliklərdən ibarət olardı. Mübarizələr aparılmaz, zəfərlər qazanılmazdı. Yəqin hələ də qoyun sümükləri ilə maral rəsmləri cızar, çaxmaqdaşını qoyun dərisi, yaxud primitiv zövüümüzə uyğun hansısa sadə bəzək əşyası ilə dəyişərdik.
Sayfa 66·Kitabı okudu
Tələsməyə ehtiyac yoxdur. Coşmağa ehtiyac yoxdur. Özündən başqası olmağa məcbur deyilsən. Hamımız cənnətə gedəcəyik. Van Deyk də bizimlədir-bir sözlə, yaxşı bir siqaret yandırıb,divanın üzərində yastıqlara yayxanıb pəncərədən baxarkən həyat necə də gözəl, mükafatları necə də şirin, qəzəb və kədər necə də mənasız, öz cinsindən olanlarla dostluq və ünsiyyət necə də məftunedici görünür.
Sayfa 20·Kitabı okudu
Düşüncələrə qərq olmuş halda orada bütün gün otura bilərdimş Düşüncə çayın dərinliklərinə qarmaq atmışdı. Dəqiqələr keçdikcə əkslərin və otların arasında var-gəl edir, gay suya batır, gah da üzə çıxırdı. Ta ki o an yetişənə, sizə tanış olan xəfif vurnuxma duyulana qədər. Qarmağa nələrsə ilişir. Sonra ilişənləri səliqə ilə çölə çıxarır, ehtiyatla yerə sərirsən. Təəssüf, otlar üzərinə sərdiyim düşüncə necə də kiçik, necə də dəyərsiz görünür. Kamil balıqçı böyüyüb yeməli hala gəlsin deyə onu yenidən dənizə buraxardı.
Sayfa 9·Kitabı okudu