“Keçmişdə həkimlər bir kartoçka tapmaq üçün uzun müddət şkaflarda eşələnirdilər, qeydlər aparır, resepti əllə yazırdılar. İndiki zamanda həkimlərin nə çətinliyi var? Keçmişdə ofis işçiləri müdirə imzalatmaq üçün əllərində kağızlarla o yan-bu yana qaçırdılar. İndiki zamanda ofia işçilərinin nə çətinliyi var ki? Keçmişdə əkinçilər toxumu əlləri ilə əkib sünbülü oraqla yığırdılar. İndiki zamanda əkinçilərin nə çətinliyi var ki? Axı buna görə kimsə onları qınamır. Fiziki əməyin tətbiqini azaltmaq üçün hər sahədə texnologiya inkişaf edib. Lakin insanlar, nədənsə, eyni şeyin ev işlərinə də aid olduğunu qəbul etmək istəmirlər. Cin Yon evdar qadın olandan sonra ev işləri haqda fikirlərin ziddiyətli olduğunu gördü. Bəziləri bunu “bekarçılıq” deyə kiçildir, bəziləri isə “həyatın mənası” deyib ucaldır, lakin heç kim onun maddi dəyərini təyin etməyə çalışmır. Çünki bir şeyin maddi dəyəri ölçülərsə, demək, onu kimsə ödəməli olacaq.