Mirzə Cəlilin bu yazısı son zamanlarda feminist aksiyalara qarşı özünü filosof və ya ziyalı hesab edənlərin yararsız və ləyaqətsiz fikirlərini bütün naqisliklərilə ta o dövrdən ortaya qoyub tənqid edir. Təəssüf ki, hələ də bu qondarma 'filosoflar'a inanlar var və çoxluqdurlar.
"Axır vaxtlarda Qərb ӧvrətləri barəsində müsəlman qəzetlərinin bir parasında bir neçə məqalələr gözümə sataşır. Bu məqalələrin məzmunundan belə anlaşılır ki, Qərb övrətlərinin hamısı həya və "ismətsiz övrətlərdir, demək ki, cümləsi fahişə kimi bir şeydirlər.
Mənim bu barədə heç bir etirazım yoxdur, heç bir sözüm yoxdur, çünki mən də elə bilirəm ki, Avropa və Amerika övrətləri təmamən fahişədir, amma genə hərdənbir xəyalıma gələrdi ki, bəlkə bu övrətlərin içində heç olmasa bir-iki həyalı övrət tapıla. Amma təzə filosoflarımızın sözlərindən belə mə’lum olur ki, heç biri də tapılmaz. Şükür edirəm allaha ki, təzə yazıçılarımızın bərəkətindən mənim gözlərim açıldı və o şeyləri ki, mən bilmirdim, indi bildim.Yoxsa mənim Qərb övrətləri barəsində olan zənnim həqiqətdə batil imiş, mən onların xüsusunda səhv eliyirmişəm. Mən indiyə kimi elə bilirdim ki, doğrudur, Avropa övrətlərinin hamısı fahişədirlər, amma onların içində genə heç olmasa bir nəfər Janna d’Ark adında fireng qızı əlində şəmşir cahada çıxıb Firəngistan vətənini düşmənlərin hücumundan mühafizə edibdir.
Əfsus, əfsus! İndi məlum olur ki, bu da fahişə imiş.
1885-ci ildə günlərin birində bolğar müəllimələrindən cavan bir qız əlinə qırmızı bayraq alıb şəhərin meydanına çıxdı vә vətənpərvəranə nitqlər ilə bolğarları elə həyəcana gəlirdi ki, iki-üç saat içində başına iyirmi mindən artıq fədai yığıldı.Və həmin fədailərlə osmanlı məmurlarının üstə hücum çəkib cümləsini qovdu və Rumeli-şərqi vilayətinin osmanlı əlindən çıxıb Bolğariyaya keçməyinə