Bu kitab seriyasını oxumağı çoxdandır istəyirdim çünki kitab yetəri qədər diqqətimi çəkməyi bacarmışdı hətta oxumaq üzərə olduğum digər kitabları belə ignore edəcək qədər =D
Yazıçı seriyanı 3 kitaba (1 kitab daha var və bu yan hekayədir)və buna müvafiq olaraq da 3 günə bölüb və hər birinin özünəməxsus adları var.Bu günlər isə ,Kvothenin hekayəsini özünün istəyi üzrə yazıya tökən tarixçinin hər bir kitab üçün ayırdığı vaxta əsaslanır.İronik səslənsə də ,yazıçı elə ilk kitabı sadəcə 8 ilə yazıb. xd Naisa...
Tarixçinin hekayələri yazma səbəbinə gəlsək, insanlara düzgün məlumatları çatdırmaqdır çünki , hekayələr həqiqətən həmin hekayələri yaşamayan insanların dillərində dolaşdığı üçün bu, hekayədən savayı qarmaqarışıq bir "qeybət" yumağından artığı deyildi :d
Hekayə , Kvothe adındakı bir "uşağın" həyatının sonrakı dövrlərində niyə görə Kote adını aldığının altında yatan səbəblərin toplusudur. Qısaca isə mövzu, Kvothenin başına gələn hadisələrin stabil həyatını hansı tərzdə dəyişdirdiyi və həmin uşağın bu olan bitən hadisələr qarşısında 0-dan başlamaq olduğu həyatına necə adaptasiya olmasını və öz zəkası sayəsində xəyal etdiyi şeyləri özü üçün necə əlçatan etməsi barədədir.
Həmçinin Kvothenin həm zəkalı olması həm də musiqi ilə məşğul olması da mənə zövq verirdi. Yazıçının da bu detalı vurğulaması xoş idi, çünki kitabın hekayəsinin aid olduğu dövrdə də belə hallar yaxşı qarşılanmırdı...
Bəzən ümidsizliyə dükar qalsa da rastlaşdığı situasiyalara qarşı həmişə o dirəşkən münasibəti belə məncə klişe özünü inkişaf kitablarından daha çox motivasiya edici idi ಠಿヮಠ
...öykü-içinde-öykü yapım ile Harry Potter serisinin akademik arka planını birleşdiriyor ve hepsini kahramanlığın nasıl ters gittiğini anlatan düşündürücü, tamamıyla yetişkinlere hitap eden bir esere