« Səni gördüm. İllərlə səni görməyə bilərəm. Təki biləm ki, sən varsan. Varlığını uzaqdan-uzağa da duya bilərəm. Sahil kəndlərinin sakinləri dənizi görməsələr də, duyduqları kimi. Ancaq, əzizim, dəhşət odur ki, gedib görəsən dəniz yox olub ».
Payız , asqılıqdan palto götürən kimi , ağacların başından küləyi götürüb getdi. Səssizlik çökdü təbiətə. Bir gecə sükut və sakitlik içində aram-aram , yavaş-yavaş , yumşaq-yumşaq qar yağmağa başladı. Qar gecəni ağartdı. Qış gəldi.