Q.M

Q.M
@QMahmudov
Elâ yâ eyyühe's-sâkî edir ke'sen ve nâvilhâ Ki ışk âsân nemûd evvel velî üftâd-ı müşkilhâ
Kainatın sonsuzluğu qarşısında əqlimizin təslimiyyəti, Necə də gülməlidir: anlamaq istəyin bu əbədiyyəti... © Q.M
Reklam
Ekran Qaralanda
Qurtardı bugünkü verlişlərimiz, Dinləyin sabahın proqramını. ... Hələ ki, bu günüm bitməyib... Nə tez Sabaha keçirsən? İnsafın hanı? Sabaha caladın nə tez bu günü? Ölməmiş sən ona kəfən biçirsən. Tamam yaşamamış günün ömrünü İndidən sabaha niyə keçirsən? Yatmaq istəmirəm... Keçmə sabaha! Gecənin ömrünü uzadaq bu cür. Gənclik müftə imiş, qocalıq baha, Fələkdən gün çalaq, ömürdən ömür. Yatmaq istəmirəm... bitməyən günün Başına dolanım, qoy dönüm hələ. Səninçün bitibsə, amma mənimçün Bitməyib, yaşayır bu günüm hələ... Ekran qaralanda qurtarır günüm, Uşaqlar yatmağa gedir birbəbir. Ekrandan çəkilmə, başına dönüm, Təklikdən canıma üşütmə gəlir. Zamanı borc alaq biz gecələrdən. Duyub yaşamamaq zülüm deyilmi? Yatmaq?
Bilinməz nə vaxtdan hərlənir bu tas, Nə zaman pozular bu gözəl əsas Belə nazik fikri dərindən duyub Ağıl ölçüsüylə dərk etmək olmaz. Tusun barısında gördüm ki, bir quş Caynağında Keyin başını tutmuş. Kəlləyə söyləyir: "Əfsuslar olsun, Zənglərin səsini aləm unutmuş". Gəlişimdən fayda görmədi həyat, Getsəm də dəyişməz qoca kainat, Bu gəliş-gedişin səbəbi nədir? Eşidə bilmədim kimsədən, heyhat. Biz getsək, yenə də duracaq cahan, Bizdən qalmayacaq bir iz, bir nişan, Biz yoxkən çəkmirdi o heç bir zərər, Getsək də, görünməz onda bir nöqsan. Xilqətin başlıca mehvəriyik biz, Dərk etsən, bəsirət cövhəriyik biz, Cahan dairəsi qızıl bir üzük, Onun ən dəyərli gövhəriyik biz. Bu torpaq ki, onu tapdayır heyvan, Olmuş bir zamanlar gül üzlü canan, Eyvanda gördüyün kərpic yaranmış, Vəzir barmağından, sultan başından.
İbrətlə bax, ey könlüm, bu aləmə, gəl, bir an, Eyvani-Mədaini ayineyi-ibrət san*. Dəcləylə güzər eylə bir dəfə Mədainə, Bir Dəclə də sən gözdən torpağına tök nalan. Bax, Dəclə tökər gözdən yüz Dəclə qədər qan-yaş, Göz yaşı deyil, atəş süzməkdə yanağından. Bax! Dəclə göpüklənmiş, hər dalğa dodağında Bir eylə uçuqdur ki, doğmuş ürək ahından. Gör, Dəclənin həsrətdən bağrı nece yanmışdır, Söylə, eşidibsənmi, su odda ola büryan? Dəryaya verir Dəclə illərlə tükənməz qan, Sən Dəcləyə bir pay ver, gözdən tökərək al qan. Qopsa dodağından ah, qəlbindən alov hərgah, Tən yan donar Dəclə, tən yan saçar vulkan. Zəncirə düşən Dəclə zəncir kimi qıvrılmış, Eyvani-Mədaini görcək yer ile yeksan. Göz yaşları dil açsın, eyvana xitab etsin, Bir kəlmə cavab alsın qəlbin qulağı ondan. Başlar öyüdə hər an diş-diş divan qəsrin, Sanki dil açıb, söylər tarixini hər dəndan.
Adsız Şiir
Ey gözlerinin rengi, bütün ruhumu sarsın Kalbimde bugün açtı siyah renkli çiçekler Bir gün beni rüzgarlara kalbinle sorarsan ''Can verdi senin uğruna çoktan'' diyecekler! Ta kalbe giren gözlerinin şulelerinden Gel sevgili gel, sen bana bir semli kadeh sun Hiç titrememiş kalbimi titretti yerinden Oynattı evet, sendeki baş döndüren efsun. Ey gözleri hançer gibi keskin, dişi kaplan İster bana aşkın bütün alamını çektir İster beni öldürmek için sineme saplan Ölsem bile aşkım seni takib edecektir... -Hüseyin Nihâl Atsız
Reklam