Solmaz Qarazadə

Solmaz Qarazadə
@Qarazade
İngilis dili müəllimi
AUL
Azərbaycan
35 okur puanı
Temmuz 2024 tarihinde katıldı
10/10
·420 syf.··
Beğendi
·
2025 10. kitabı
Kitab məzmunu ilə bağlı az danışacam,ən çox hisslərimi ifadə edəcəm Bu gün bu kitabın sonuna çatdıq.İlk dəfə idiki bu qədər sürətlə bir kitabı bitirdim,ya da bəlkə kitab məni dəhşəti ilə bitirdi,gözlərimi bir saniyə belə ayıra bilmirdim,sanki o anda yaşayırdım,bütün varlığımla hiss etməyə çalışırdım.50 ili 351 səhifəyə necə sığdırılmışdısa heç anlaya bilmədim.Bir uşağın,bir qızın,bir qadının,bir ananın,bir şəxsiyyətin bu qədər dözümü hər səhifəsində məni sarsıdırdı.Doğrudan da analar,yox əslində əsl analar nə qədər güclü imiş,bir qadın kimi bu qədər dözümlü ola bilərəmmi yəni? Bu fikirlər kitabın hər sətrində mənə zərbə vururdu.Mən bərabərliyi hər zaman üstün tuturam,BƏRABƏRLİYİ-eyniliyi deyil.Yəni bu ikisidə eyni məna deyil.Amma bir qadının həyatda bu qədər üzləşmələri məni sarsıtdı.Ətrafımda özünü çox göydə tutan qadınlara baxanda çox heyifslənirəm.İstəyirəm üzlərinə baxıb bir kəlmə deyəm,amma heyif... Azadlığın,müstəqilliyin,inkişafın nə olduğunu qarışdıran insanlara baxanda ....Çox heyif Oxumağa dəyər bir kitabdı,bilmirəm kimlərsə oxuyub mənə haqq verəcək,kimlərsədə sadəcə oxuyub gedəcək,sən hələ uşaqsan,ona görə sənə təsir edib deyəcək,bəlkədə mən hələdə beləyəm...
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,413 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
10/10
·440 syf.··
Beğendi
·
2024 14. kitabı
·
6 günde okudu
·
Okunma: 24 Kasım 2024 18:52
Spoilər verməyəcəm,çünki bu kitabı öz incələməmlə nə qədər tam izah edə biləcəyimə inanmıram. Həqiqətən çoxx sevdiyim kitab oldu.Oxuduqca əlimdən yerə qoya bilmədim.O qədər axıcı,maraqlı bir əsər olduki bitməsini istəmirdim.İlk dəfədiki bir kitabı bu qədər tez bitirə bildim.kitabxanamda məni gözləyən bu kitabı gözlətməyimə əslində sevindim,çünki yaş artıqca bu cür əsərlərin mənasını daha aydın başa düşə bilirəm. Başqa dünyanın adamları olan Darsi və Elizabetin bir-birlərini görməsi onların sevgiyə münasibətinə böyük təsir göstərdi.Kənardan lovğa,təkəbbürlü görünən Darsi sevgi nəticəsində əslində daxilən necə xeyirxah,nəcib və dünya dolu bir insan olduğunu sübut etdi.zərif,gözəl,ağıllı ancaq açıq sözlü olan Elizabet Darsini düzgün qiymətləndirmir.Ancaq hər ikisinin qəlbində getdikcə böyük sevgi hissi yaranmağa başladı. Ən çox dəyər verdiyim hissə isə Darsinin Elizabetin sözlərindən dərs çıxarması oldu.Həqiqətən sevən insan sevdiyinə görə hər şey edər:)
Qürur və QərəzJane Austen · Parlaq İmzalar · 098bin okunma
9/10
·344 syf.··
2024 12. kitabı
Bu şəhərdə kimsə yoxdur Rövşən Abdullaoğlunun yaradıcıllığında ilk oxuduğum kitabdır.Çox sevilməsi isə daha çox diqqətimi çəkdi.Yəni bu əsəri möhtəşəm edən nədirki bu qədər sevilir?Əsəri oxuyanda tam aydınlığı ilə bu mənanı dərk etdim.Həmçinin yazarı sevdirən əsər oldu.Davamlı olaraq digər kitablarını oxumağa sövq etdi. Kitabda hər kəs özünü az da olsa görə bilər.Həyatda həqiqətəndə bu cür obrazda olan(yəni bu obrazlar xüsusiyyətində)insanlar var.Əsas qəhrəmanlarımız olan Villi və Visam tam fərqli xasiyyətlərə malik obrazlardır.Ancaq əsərdə tək bu obrazlar deyil:Valideynlər,digər övladlar,həkim,xəstələr ümumiyyətlə hər biri eyniylə həyatdakı insanları ifadə edir.Villi həyata qapanıq şəkildə baxan obrazdır ancaq bunun səbəbi tək özündə deyil,ailədən,cəmiyyətdən,valideylərdən həmçinin irəli gəlir.Visam isə bu qədər acı çəkməsinə baxmayaraq həyata müsbət yanaşır.Əslində bununla insanların həyata baxış tərzini göstərmiş olur,yazar.Hər iki qəhrəmanın acı çəkməsiylə necə bir insanlara dönüşdüyünü göstərir. Məncə əsərdən bu qədər kifayətdir.İndi isə əsərə olan fikirlərimi davam edim. Əsər çox mükəmməldir.Həm müəllif burda bizə yeni məlumatlar verir,ayrıca çox sevdim bu məqsədini.Həm dini yanaşmaları ilə də bizə düzgün yol göstərmişdir. Son olaraq hər zaman qarşımıza bizə güc,motivasiya verən insanlar çıxmasını diləyirəm:)
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20242,505 okunma
Puan vermedi·360 syf.··
2025 9. kitabı
·
267 günde okudu
·
Okunma: 20 Mayıs 2025 21:58
İlk incələməm olduğu üçün tam bacardığımı bilmirəm amma cəhd etdim spoilər var deyə bilərəm:) Cəfər Cabbarlının əsərləri həmin dövrün ən aktual mövzularını aydın şəkildə izah edir.Buna görə də ən çox sevdiyim dramaturqa çevrilib.Bu cilddə də əks olunan hər bir pyesi mövzusuna görə bu gündə cəmiyyətimizdə qalmaqda davam edən problemlərə toxunulub. 1."Vəfalı Səriyyə" Öz sevgisinə sədaqətlə yanaşan Səriyyə və Rüstəm obrazları yaradılmışdır.Bir-birini dərin məhəbbətlə sevən bu gənclərə qarşı cahilliyi nümayiş etdirən,istəklərini bir qanun kimi qəbul etdirən cəmiyyət durur.Dramaturq Qurban obrazı ilə gücünə,puluna,qılıncına arxalanan cahil gəncliyin nümayəndəsini yaratmışdır.Böyüklərin simasında isə amansız,qəddar,sevgidən məhrum obrazlar yaradılmışdır.Ancaq hər zaman bu cəmiyyətə qarşı duran insanlar da mövcuddur.Pyes də sonda haqq bərqərar olur. 2."Solğun Çiçəklər" Bir-Birini sevən iki gənc -Sara və Bəhram.Pula,şöhrətə,şəhvani hisslərə uyan Bəhram bivəfalıq edir.Öz sevgisinə xəyanət edir.Ancaq saf qəlblə sevən Sara sona kimi Bəhramı sevir və sevgisi yolunda ölür.Bu ölüm Bəhramın vicdanının sızladır,xəstə hallara salır. (Mənim fikrimcə,öz nəfsinə hakim ola bilməyən insan öz sevgisinə də sahib çıxa bilməz.) 3."Nəsrəddin şah" Pyesdə Öz əhdinə sadiq çıxan gənclər və öz təbəələrini azad,hür yaşamasını təmin edən Mirzə Rza xan obrazı yaradılmışdı.Lakin acgöz xanlar buna imkan vermir.Xanın ailəsini didərgin salır.Buna baxmayaraq övladları öz əhdlərinə sadiq çıxır.Xan ilk öncə övlad qisasını almaq istəsədə mümkün olmur,sonda bütün millətin,məzlumların intiqamını alır.Nəsrəddin şah obrazı isə eyş-işrət başını qatmış,millətin dərdi yadına da düşmür.Dövlət acgöz,saxtakar xanların,vəzirlərin əlin də oyuncağa çevrilib. Məncə,bu qədər kifayətdir,yetərincə spoilər verdim
Əsərləri - II CildCafer Cabbarlı · Şərq-Qərb Nəşriyyatı · 200595 okunma