Naz

Naz
@Quiescent
Ey könül özünü bir damla sanma, Sən elə bir dənsən ki, dənizdir içində…☾
@Quiescent·
·
sabitlendi
“Sözün yeri könüldür, ismarlandığı yer düşüncədir, onu qüvvətləndirən ağıldır, meydana çıxaran dildir; bədəni hərflərdir, canı isə mənadır; bəzəyi-biçimli söylənməsidir; düzgünlüyü isə doğruluğundadır.” Hz. Ali
Etimoloji Defteri
Mücellit Nedir ?
“… Dünya səni aldatmayıb, bəlkə sən ona aldanmısan “ Nəhcül-bəlağə (214-cü Xütbə
İmam Əli (ə) bizə bir insan ssenarisi çəkir: Bir insan düşünün; ətrafı zənginliklə doludur, əlində bütün doğrular (hidayət) var, arxasında nəhəng bir güc (səltənət) dayanıb... Amma insanın öz içi (ruhu) o qədər qaranlıq, o qədər xəstə və bəsirətsizdir ki, o, bu qədər möhtəşəm imkanların daxilində əliboşdur, kədərlidir, azğındır, məzlumdur və xardır. Bu situasiya Yunan mifologiyasında mənəvi və intellektual "Tantal əzabı" kimi adlanır. Qısaca suyun içində dayanıb susuzluqdan ölən, meyvə ağacının altında ac qalan personaj kimi). İmam deyir ki, xarici dünyadakı imkanlar (pul, status, elm, şəhərlər) səni xilas etməyəcək; əgər sənin daxili dünyan o imkanları qəbul edəcək qədər saf, ayıq və şüurlu deyilsə, sən cənnətin içində də cəhənnəmi yaşayacaqsan…
“Allahım, Sənin zənginliyində əliboş və kədərli, Sənin hidayət və nicatında azğın, Sənin səltənət və qüdrətində məzlum, ixtiyar Sənin əlində ola-ola (Sənin, istədiyini etməyinə baxmayaraq,) məğlub və xar olmağımdan Sənə pənah aparıram.” Nəhcül-Bəlağə ( 206-cı xütbə )
“Onun gözəl yaradılışının heyranediciliyindən biri, çox ləpələnən qarmaqarışıq dərin dənizin suyundan quru və hərəkətsiz yeri yaratmasıdır. Ondan sonra (onun buxarından) göylərin bir-birinin üstündə yerləşmiş qatlarını yaratdı və onları, birgə olmalarından sonra bir-birindən ayıraraq yeddi səma etdi.” Nəhcül-Bəlağə ( 202- ci xütbə)