Naz

Naz
@Quiescent
Ey könül özünü bir damla sanma, Sən elə bir dənsən ki, dənizdir içində…☾
Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir Eşq olan yerdə bütün aqilü dana dəlidir. Saldı Yusif kimi öz sevgilisin zəncirə Qoydu rüsvalıqı aləmdə Züleyxa dəlidir. Eşq zincirinin iftadəsi bir mən degiləm Həvəs-i silsileyi eşq ilə dünya dəlidir. Sarılır çiğninə gah qoynuna, gah qamətinə Əjdəhalər kimi ol zülfi çəlipa dəlidir. Bir vəfasız gül üçün naləsi dünyanı tutur Aşiqin qəlbi kimi, bülbülü şeyda dəlidir. Bircə Şirin ilə Fərhada məzəmmət yoxdur Vadiyi eşqdə Varmiq dəli, Əzra delidir Əl götürməz bu qara gözlülərin zülfündən Hər yetən zənn eləyir Vahidi guya dəlidir. Əliağa Vahid
Reklam
Bülbül danışmağı gülün bərəkətindən öyrəndi, Yoxsa ki, onun dimdiyində bu qədər söz və qəzəl nə gəzir?! ~Hafiz
“Ey saqiye-eşq, doldur qədəhi kamı sirab elə! Ki ol eşqin əvvəli asan olar, sonrası nalan!" Hafız-ı Şirazi
…əgər bütün aləm qış fəsli kimi ölsə, ümidinizi itirməyin, ”dünyanı qış bürüdü, daha baharın vaxtı bitdi” deməyin, çünki başqa bir bahar gələcək.
O həqiqətə görə ki, hər şeyi itirirəm, umacağım da həmin həqiqətdəndir!
Reklam