Naz

Naz
@Quiescent
Ey könül özünü bir damla sanma, Sən elə bir dənsən ki, dənizdir içində…☾
PİSLİK İNSANIN FİTRƏTİNDƏN GƏLİR?
9/10
·262 syf.··
Beğendi
·
2025 16. kitabı
·
4 günde okudu
·
Okunma: 06 Aralık 2025 20:31
İnsanın içindəki qaranlıq doğuşdanmı gəlir, yoxsa həyat bizi yavaş-yavaş canavarlaşdırır? Mən bu vaxta qədər bu suala tərəddüdsüz cavab verirdim: insan fitrətən safdır, gözəldir. Amma William Golding deyəsən biraz silkələdi məni, kitabı oxumağa başladığım gündən bu sualı düşünürəm. Elə məhz kitabda bu suala cavab verir… O özü 2 ci dünya müharibəsinin iştirakçısı olub və bir “ insanın” digərinə nələr edə biləcəyinin canlı şahidi olub. Və ən faciəlisi isə bu vəhilikləri oxumuş-həkim, müəllim, hüquqşünas insanların etməsi idi. ”İnsanlar pisliyi arının bal istehsal etdiyi qədər təbii şəkildə istehsal edir.” Elə sonrada düşüncələrini tökür bu kitaba Bir qrup 6-12 yaşlı uşaq tənha adaya düşür və bu adada sivilizasiyanın, qanunun, dəyərin olmaması zamanla onların içindəki gizli tərəfləri üzə çıxarır. Golding insanı nə tamamilə mələk, nə də tam şeytan kimi görür. O deyir ki, insanın daxilində həm yaxşılıq, həm də vəhşilik toxumu var. Və bu toxumun hans tərəfə cücərdiləcəyi özümüz, cəmiyyət, məktəb və ailəmiz tərfindən müəyyən edir. Amma kitabda vurğulamağa çalışdığı bu toxumu cücərdəndə zorla yox, dərin mənəvi tərbiyəyə əsaslanmaqdırmaq lazımdır. Sadəcə qaydalarla qarşısı kəsilmiş hər bir güc kimi əks təsir olmasın deyə Əks halda “atom dövrü uşaqları” öz böyüklərindən gördüklərini təkrar edir və fərqli nəticə vermirlər. Kitabda diqqətimi ən çox çəkən simvolizmləri idi : 1. Meşənin “yarası”: Kitabın ilk səhifələrində “meşənin yarası” ifadəsi tez-tez keçir. Uşaqlar adaya düşməzdən öncə ada saf, toxunulmamış idi. İnsan ayağı dəyən kimi hər şey pozulur. Sanki meşənin qəlbində yara açılır, sanki cənnətə zərbə vurulur. 2. Ralphın corabı məsələsi: Biz Ralp nümunəsində tez tez görürük ki, o gah corabını dizlərinə qədər çəkir başını qaldırıb meşəni İngiltərə kəndlərinə
Sineklerin TanrısıWilliam Golding · Türkiye İş Bankası Kültür Yayınları · 202597,3bin okunma
Reklam
Puan vermedi·272 syf.··
Beğendi
·
2025 15. kitabı
·
62 günde okudu
·
Okunma: 26 Kasım 2025 00:00
David Eagleman bu kitabda insan beyninin necə işlədiyini, kimliyimizin necə formalaşdığını, qərarlarımızın, hisslərimizin və davranışlarımızın neyrobioloji əsaslarını izah edir. Kitabın dili sadə olduğundan oxumaq olduqca rahatdır. Kitabı bəzi fikirləri istisna olmaqla sevdim. Maraqlı, ən əsası düşündürücü kitabdı. Əla suallar qoyub ortaya, səni araşdırmağa sövq edir. Bu xüsusiyyət bir kitab da ən dəyər verdiyim şeylərdən biridir. Kitab 6 fəsildən ibarətdir: 1-ci fəsil: Mən kiməm? Bu fəsildə David Eagleman əsasən kimliyimizin necə formalaşdığını araşdırır. Beynimizdəki neyronlar onlar arasındakı əlaqə, genetik faktorlar və həyat təcrübələrimiz şəxsiyyətimizi necə qurur? Hətta burda çox maraqlı bir hadisəyə toxunur: Charles Whitman adlı bir şəxslə bağlı. Bu hadisə göstərirki kiçik bir fiziki dəyişiklik davranışımızı necə köklü dəyişə bilər. David Eagleman qeyd edir ki, Bizim “mən” dediyimiz şey sabit deyil, beyinin vəziyyətindən asılıdır. Eagleman dən fərqli olaraq mən “mənlik” anlayışını BEYİNLƏ əlaqələndirMİRƏM. Düşünürəm ki, Mənlik daha dərin bir qatdır və sırf fiziki sistemlə( neyronlarla) izah edilə bilməz. Bu, daha çox ruh və şüurun maddi olmayan tərəfi ilə bağlıdır. Yəni, beyin təcrübələri daşıyan alətdir, amma “mənlik” deyil. (Daha çox danışmaq olar... ) Sadəcə onun dəyişikliyə məruz qalması hissəsinə QATILIRAM. Məndə düşünürəm ki, ruh(mənlik) daim inkişaf edir və kamilləşir. Yəni o SABİT DEYİL, daim inkişaf edir. 2-ci fəsil: Reallıq nədir? Bu fəsil ən çarpıcı olanlarından biri idi. Burda izah olunur ki, reallıq dediyimiz şey beynimizin yaratdığı bir modeldir. Göz, qulaq və digər hisslər sadəcə məlumat toplayır, amma beynimiz bu məlumatları şərh edərək “reallıq” yaradır. Burada nümunə kimi illuziyalardan və zaman hissindən danışılır. Məncə hər birimiz
BeyinDavid Eagleman · Domingo Yayınevi · 20167,1bin okunma
Puan vermedi
Kitabı artıq ikinci dəfə oxudum və bu dəfə diqqətimdən qaçan nə qədər incə məqamın olduğunu gördüm. Əvvəla, əsər 1920-ci illərdə — Avropanın müharibədən sonrakı, mənəvi böhran dövründə yazılıb və çap edilib. Bu konteksti bilmək əsərə tam fərqli tərəfdən yanaşmağa kömək edir. “Amok” nədir və niyə bu ad seçilib? “Amok” — Cənub-Şərqi Asiya mədəniyyətlərinə məxsus bir psixoloji haldır. Bu vəziyyətdə olan insan ağıllı düşünə bilmir, idarəsini itirir və qarşısına çıxanı öldürərək ölümünə qədər qaçır. Bir yerdə oxuduğuma görə, əslimdə Zveyq bu anlayışı sadəcə başlıq olsun deyə seçməyib. Bu ad Qərb insanının ruhi xəstəliyinə çevrilmiş bir metafora kimi istifadə edilib. Yəni, “amok” öz orijinal mənasında bir fərdin ağlını itirməsidir, Zveyqin qələmində isə bu, Avropanın ağlını itirməsidir. Müharibədən sonra Avropa da sanki “amok” vəziyyətinə düşmüşdü — öz dəyərlərini, mədəniyyətini və mənəvi balansını itirmişdi. Hətta fikir vermisizsə onların söhbət etdiyi gəmi Avropaya doğru gedirdi, hətta müstəmləkədə olan hadisələrin hamısı avropalılar ətrafında dövr edirdi- alman həkim, ağ dərili əsilzadə xanım, hollan tacir, ingilis sevgili…. Qısaca mənə elə gəlir həqiqətən Zveynq burada güclü simvolzim edib. Amma bir çox tənqidçi düşünür ki, Zveyq insan dəliliyinin dərin sosial səbəblərinə — imperializmə, qürura, gücə — toxunmur. Yəni o hərşeyi fərd və onun vicdanına, hisslərinə bağlayıb. Halbuki, həmin dövrdə Avropanın bu vəziyyətə düşməyində psixoloji faktıardan çox sosial, iqtisadə və siyasi səsbəblər də var idi. Mənim Zveyqə baxışım və rasizm məsələsi İlk dəfə oxuyanda Zveyq mənə bir qədər rasist təsiri bağışlamışdı. Amma ikinci oxuyuşda fərqinə vardım ki, o, əslində rasizmi tənqid edir, amma dolayısı ilə. Zveyq açıq şəkildə deməsə də, Avropalıların “özlərini üstün” görməsini
AmokStefan Zweig · Qanun Neşriyat · 2018134,6bin okunma
10/10
·224 syf.··
Beğendi
·
2025 8. kitabı
Kitabı təsadüfən oxumaq qərarına gəldim. Düzü, mən bir kitaba başlayanda başqa bir əsərə fokuslana bilən biri deyiləm. Amma bu kitab – bəli, Söyüdlü arx – bir məcburiyyət nəticəsində oxumalı olduğum bir əsər oldu. Və etiraf edim, çox sevdiyim kitablardan birinə çevrildi. O qədər yerinə düşdü ki, sanki bir anlıq özümü oxudum bu kitabda. Hekayənin detalları, sevgisi, hadisələri fərqli olsa da, məzmunu – içindəki duyğular, mübarizələr, seçimlər – tamam tanış idi. Məncə bu kitabı başqa bir vaxt oxusaydım, bəlkə bu qədər təsirlənməzdim. Amma "Leyli və Məcnun"un ağırlığından çıxıb, "Söyüdlü arx"a keçmək ruhuma bir növ şəfa oldu. Mən Nuriyyə və Muradın sevgisinə çox toxunmayacam bu yazıda. Onların hekayəsi də gözəldir, düşündürücüdür, bəzən acıdır. Amma mən "Söyüdlü arx"ın özü haqqında danışmaq istəyirəm. Bilirsinizmi? İnsan həyatı da məhz bu arx kimidir.Yuxarıdan baxanda – sadəcə bir su yoludur. Amma içində… içində ( yəni axarında) qərarlar yatır, qorxular yatır,təhlükəli səssizliklər yatır, bəzən yarımçıq qalan cümlələr, sevgilər, ya da heç deyilməmiş arzular və ən əsası – ümid yatır. Və bu axarın hara yön alacağına biz qərar veririk. Əsərdəki söyüdlü arx isə sadəcə təsərrüfat məsələsi deyil. O, yenilik və köhnəliyin, dəyişikliklə sabitliyin qarşıdurmasını simvolizə edir. Onun üzərindəki mübahisə sadəcə arxın çəkilib-çəkilməməsi ilə bağlı deyil – bu, kimin dünyagörüşünün ( konservativ yoxsa yenilikçi) qalib gələcəyidir. Kənd sədrinin arxın çəkilməməsi üçün apardığı mübarizə, irəli sürdüyü “məsuliyyətli” misallar, əslində onun stabil qalmaq çabası, həmin an üçün məncə özünü qoruma instinkti idi. O öz əziyyətini paylaşmaq istəmirdi, bunu ədalətıi hesab etmirdi …. Amma Nuriyyə demiş : “ Güclülər, xoşbəxtlər bu qədər amansız, bu qədər xudpəsənd olmamalıdırlar. “
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,304 okunma