Naz

Naz
@Quiescent
Ey könül özünü bir damla sanma, Sən elə bir dənsən ki, dənizdir içində…☾
Bir zamanlar balaca bir qəlb vardı… O qəlb hələ dünyanın sərtliyini tanımırdı. Gecələr ulduzlara baxar, hər parıltıda bir arzu gizlədərdi… Bir gün o qəlb pıçıldadı: “Mənim günahım nədir ki?..” Axı o, yalnız xəyal qurmuşdu — yaz yağışı kimi saf, yaşıl yarpaq kimi ümidli… Amma arzular… Onlar səssiz-səssiz böyüdü, balaca qəlbin içində ağırlaşdı. Hər dilək bir bulud oldu, hər bulud bir damla kədərə çevrildi… Külək ona dedi: “Ey balaca qəlb, sən günahkar deyilsən… Sən sadəcə tez böyüdün arzuların içində.” Və o qəlb anladı ki, bəzi nağıllar şirin başlasa da, içində bir az yağış da daşıyır…
Reklam
“Bir cəmiyyətdə istisnasız hər kəsin rəğbətini və bəyənisini qazanmağın tək yolu; saxtakarlıq, yalan və göstərişdir, hər kəsin nəbzinə görə şərbət verməkdir. Müəyyən bir inancı və məqsədi olan dürüst biri üçün isə bu mümkün deyil; belə birinin dostu da olacaq, düşməni də. Onunla eyni fikri və yolu paylaşanlar onu sevəcək, fikrinə və yoluna qarşı olanlar isə ondan xoşlanmayacaqlar.” Murtaza Mutahhari
“Bədənləriniz dünyadan çıxarılmamışdan, qəlblərinizi ondan çıxarın” Nəhcül-Bəlağə (194-cü xütbə)
“…Çünki insanlar toxluğu az, aclığı isə çox olan bir süfrənin başına toplaşıblar” Nəhcül -Bəlağə (192 ci xütbə)
“Tənhalığına (yalnızlığına) təslim olma Elə tezliklə. Burax, qoy daha dərindən kəsib keçsin səni. Burax, qoy o tənhalıq səni mayalandırıb bişirsin, Sənə elə bir dad, elə bir yetkinlik versin ki, Bunu çox az insani, Hətta ilahi nemət bacarar. Bu gecə qəlbimdə çatışmayan bir şey Gözlərimi elə yumşaq, elə mərhəmətli etdi, Səsimi Elə zərif etdi ki... Və Allaha olan ehtiyacımı Tamamilə, Apaydın göstərdi.”