Cənab,yaxın gəlin. Bir səmaya baxın. Orada zülmət içində parıladayanları görürsünüzmü? Bir baxın necə də sayrışırlar! Elə bil qaranlıq gecə Yer kürəsinin üzərinə qara pərdə salmaq, onu bürüyüb örtmək istəyir. İşıq isə onu deşir, ordan-burdan süzülüb parıldayır.O, tabe olmur, iynə ulduzu boyda da olsa yer tapıb, özünə yol açır, kimə isə işıq verir.Maraqlı deyilmi,hə,Aleksey Osipoviç, necə bilirsiniz, nə qalib gələcək,işıq,yoxsa qaranlıq?
-Əlbəttə,işıq.
-Mütləq.Qığılcımlar qorlandıqca çoxalacaq,alovlanıb ətrafa işıq saçacaq. Qığılcımdan od törəyəcək. Bilirsinizmi,Aleksey Osipoviç, mən hər axşam bu qaranlıq cənub gecələrində daxmalarda yanan işıqlara baxanda özümüzü, öz zəhmətimizi xatırlayıram. Biz qaranlıq gecədə, zülmət səltənətində yaşayırıq, deyilmi? Bizim hər bir əməlimiz qaranlıqda ildırım kimi çaxacaq,şimşək kimi parıldayacaq.