Dünyanın faniliyinin, həyatın mənasızlığının bir ümidsizlik gətirdiyi belə anlarda Əbdül Qafarzadə çalışırdı təskinliyi onda tapsın ki,dünyaya gəlmiş və bir gün də dünyadan köçəcək nə birinci,nə də sonuncu insandır və bir halda ki,belədir,bir halda ki, dünyanın böyük-böyük alimləri,şairləri, sərkərdələri,dövlət adamları həyatın bu mənasızlığı müqabilində ruhdan düşməyiblər,öz böyük işlərini görüblər,deməli,həmin mənasızlıq barədə heç fikirləşmək də düzgün deyil; o şey ki,səndən asılı deyil nə üçün fikirləşib özünə dərd edirsən?