İnsanların əlində onun həyatı vardı. Onlar ac qoyurdular o ac qalırdı, doyururdular o doyardı. Onlar əmr edirdilər o itaət edirdi. İnsanların gücü və hökmü qarşısında yalnız sədaqətlə baş əyirdi.
İnsana qarşı duyulan qorxu Ağ Dişin qanına o qədər hopmuşdu ki, ona yaxınlaşan hər bir varlıqda təhlükə görürdü. Ancaq eyni zamanda insanın gücünə və hökmranlığına qarşı içində dərin bir heyranlıq da vardı.