Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Ramazan Tağıyev

Ramazan Tağıyev
@Ramazan_Tagiyev
Bakı Dövlət Universiteti / Hüquq fakültəsi
hüquqşünas, rəssam, arabir də yazıçı. Bir sözlə, hərşeyşünas
hüquq
Bakı
Kürdəmir
102 okur puanı
Mayıs 2021 tarihinde katıldı
Gözlənilən "Adsız kitab"ın üz qabığı hazırdır. Konkret çap vaxtını bilmirəm, amma digər məsələləri tez bir zamanda yoluna qoya bilsək, ciddi əngəl qalmayıb. İstək sayına uyğun çap olunacaq, sonrakı istəkləri də müvafiq qaydada həll edəcəyik. Dəstəyiniz üçün təşəkkürlər!
Reklam
Diqqət!
Əziz və dəyərli dostlar, yoldaşlar! Hardasa bir ildən çoxdur üzərində işlədiyim, fəqət müxtəlif səbəblərdən ləngiyən kitabımızın çapına az alıb. Ədəbi sahədəki ilk addımım olan bu kitabda Azərbaycanın siyasi-ictimai həyatında son illər baş verən və gələcəkdə baş verəcək hadisələr barədə hekayələr yer alır. Ümumilikdə 84 kitabın pulu ödənilib. Hələ ki davam edirik. Kitab özü özünü maliyyələşdirir və hər kəs də öz kitabının pulunu ödəyir deyə sonrakı sifarişlər ikinci dövrəyə qalacaq. Odur ki, tələsməyinizi tövsiyə edirəm. Sifariş və ödəniş etmək üçün inboxa yazmağınız kifayətdir. Kitabı əldə etməyiniz, statusu paylaşmağınız, təkcə xoş arzularınız belə mənim üçün çox böyük dəstək və yaradıcılığımdakı növbəti addımlar üçün stimuldur. Kitabın qiyməti 5 AZN-dir.
Diqqət!
Xüsusən son aylarda camiədə ara qarışıb, məzhəb itib. Qəribə vakuum şəraiti mövcuddur. Kafkanın "Qəsr"indəki kimi, böyük qeyri-müəyyənlik içində yaşayırıq. Birimiz oğurlanır, başına nə gətirilir, aqibəti necə olur, uzun müddət xəbər tuta bilmirik. Belə bir şəraitdə ölkədəki sosial-iqtisadi və siyasi problemləri özündə əks etdirməklə

Okur Takip Önerileri

Tümünü Gör
Necə pis insan olmaq olar?
Mən rəssamam, pis-yaxşı rəsmlər çəkirəm, hekayələr və şeirlər yazıram, retro musiqilərə qulaq asıram, bir çoxuna görə olduqca gözəl film zövqüm var, yaxşı yemək bişirirəm, boş vaxtımı mütaliəsiz keçirmirəm və bütün bunlar ümumi götürəndə əksəriyyət üçün olduqca kübar, çox mərhəmətli şəxsiyyətə və geniş ürəyə, həmçinin sonsuz təmkinə işarə edir. Təəssüf ki, bu belə deyil. Bütün bunlar həqiqətən də, adıçəkilən xüsusiyyətlər demək olsaydı, çox güman ki, tarixdə bu qədər qanlı qırğınlar, dəhşətli soyqırımlar olmaz, dünya iki böyük müharibəyə şahidlik etməzdi. Hitler də rəssam olub, Stalin isə şeir yazmağı sevirdi. Siyahını uzatdıqca uzatmaq mümkündür. ramazantagiyev.wordpress.com/2024/04/08/nec%...
Reklam
Qurban olmamaq üçün deyilənləri etməlidirlər, vaxtında yatıb vaxtında durmalı, televizora çox baxmamalı, toz-torpaqla oynamamalı, tez-tez çimməli və bir sözü iki eləməməlidirlər. İşdir şayət, necəsə ağılları başına gəlsə və həqiqəti dərk etsələr, valideynləri bir də belə əfsanə uydurmağa cürət etməyəcək. Təəssüf ki, buna inanmaq çətindir. Nə etməli, bəzi insanlar böyümək istəmirlər. Böyümək onlar üçün bişirilib sabun edilmək deməkdir. Odur ki, ən salamatı elə deyilənləri etməkdir. ramazantagiyev.wordpress.com/2024/04/12/ina
Boşalmış topu bir növ metafora da adlandırmaq olar. Mənim bu iyirmi iki illik həyatım boyunca boşalmış toplar və onlara təpik atan insafsız müştərilər çox olub. Bu da onların sadəcə kiçik bir qismi ramazantagiyev.wordpress.com/2024/04/06/bosa...
Harmoniya
Təbiətdəki hər bir varlıq müəyyən harmoniya içindədir, hər şey rəqs edir, hətta ən kiçik molekullar belə - azad və xaotik! Ancaq biz həmişəki kimi istisna təşkil edirik. Naciz cismimizə daşıya bilməyəcəyimiz qədər ağır qayaları yükləyib yola çıxırıq və bununla öz azadlığımızdan da vaz keçirik. Parlaq işıq gözümüzü qamaşdırır və onun ardınca gedərək daha çox təhlükəsizlikdə, daha təminatlı olduğumuzu düşünürük, biləks vəziyyətin ciddiyyətinə varmaq üçün bəzən hər şeydən uzaqlaşıb ümumi mənzərəyə nəzər salmaq və düşünmək gərəkir; işıq gələn yer, yoxsa it hürən tərəf ?! Bu, imtina deyil qətiyyən. Sadəcə daxili yerdəyişmə, möhkəm tutmaqdan çox yüngül tutmağa doğru olan dəyişiklik. Bəlkə, elə ən doğrusu budur?
Tez-tez gördüyüm bir yuxu var. Həmin yuxuda necəsə qardaşımla rastlaşıram, sağ-salamat olduğunu, hətta aradan keçən dörd ildə (ilahi, artıq dörd ildir...) bir xeyli böyüyüb dəyişdiyini görüb həm çox sevinirəm, həm də həyəcanlanıram, bu hədsiz-hüdudsuz sevincimi bölüşməyə adam axtarıram. Amma əvvəlcə onu möhkəm bağrıma basıram, yanaşı oturub
Reklam
Nə qədər içdiyimi unutmuşam. Barış Manço hələ də oxuyur, üzündən zəhrimar yağan xidmətçi isə narazı baxışları ilə məni az qala yeyir. Ayılanda siləcəyəm, çox ciddiyı almayın ramazantagiyev.wordpress.com/2024/03/29/dagi...
Köhnə rəsmlərimdə onları çəkərkən düşündüklərim, hiss etdiklərim, məni narahat edən və ya əksinə, motivasiya verən düşüncələr, hərəsindən bir iz var. 2022, yay :)
Kitab çapı simvolik xarakter daşıyır mənə görə. Əsas onun ötürdükləri və oxucunun götürdükləridir. Mən professional yazıçı deyiləm, bəlkə də elə zirvədə buraxdım bu işi, çünki öz sahəm ayrıdır. İstənilən halda tam azadam, istədiyimi edəcəyəm, istəmədiyimi yox. Həmişəki kimi. Kitabda kuliminasiya "Əraf"dır mənə görə. Onu digərlərindən ayrı tutmuşam həmişə. Oxumaq istəyən oxuyar. 💕 ramazantagiyev.wordpress.com/2023/07/29/eraf
Əqidəsini satmışlara həsr etdiyim hekayə üzərində redaktənin kitabdan əvvəlki birinci mərhələsi başa çatdı. Uzunçuluq, bioqrafiya və təkrarlara yol verdiyim hissələri çıxartdım. Ümidvaram, daha yaxşı alınıb bu dəfə. Baş obrazı isə çoxumuz tanıyırıq. Məncə, nə vaxtsa özü də oxusa, söhbətin kimdən getdiyini tutacaq:) ramazantagiyev.wordpress.com/2024/01/01/piyada
İkinci hekayənin çapdan əvvəlki redaktə olunmuş versiyası. Bu arada, kitab sadəcə müstəqil hekayələr yığını olmayacaq. Həmin hekayələr bütünün bir parçasıdır sadəcə. Yəni demək istədiyim, bunlar bir romanın ayrı-ayrı fraqmentləridir. Romanla kitab çap olunandan sonra tanış olarsınız:) ramazantagiyev.wordpress.com/2024/01/18/m%c9...
73 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.