"Heç vaxt sevdiklərinizdən ayrılmayın. Hətta ən kritik məqamda, beyinlə ürək "incimək", "küsmək", "hirslənmək", "hiddətlənmək" kimi işarələrlə düşüncə və hisslər burulğanında qeyb olaraq "ayrıl" desələr belə, hətta ətrafınızdakı bütün canlılar səfərbər olsa, insanlar səs-səsə verib "o belə dedi", "sən belə dedin" dedi-qodularıyla "ayrılın" çığırsalar belə, quşlar, böcəklər qarşınıza düşüb uça-uça yol göstərərək sizi ayrı-ayrı səmtlərə çəkmək istəsələr belə, hətta cansızlar vərəqlərdəki sevgi məktubları, dəftər arasındakı qurumuş gül ləçəkləri, sonra nə deyim, hətta görüş yeriniz olan tənha skamya, ay işıqlı tala, nəhəng ağacın kölgəsi hamısı, hamısı ayrılığınıza "o gecikdi", "ürəksiz gəldi" kimi bəhanələr tapıb baş-başa verərək "mütləq ayrılın" işarələri versələr belə, yenə də ayrılmayın! Gec-tez müvəqqəti ayrılıqlar əbədi ayrılığı gətirəcək!"