"Yalnız onun sevdiyi filmlərə baxıram, mahnıları dinləyirəm. Deyirəm, qoy sevdiyi filmlər, mahnılar belə onun yoxluğunu duymasınlar. Nə qədər ömrüm var, onun adı ilə yaşayacağam."
"Sonra gözləri dolmuş halda dedi ki, Asif, Xocalı əldən gedəndən sonra mən yaşaya bilməyəcəyəm. Elə biləcəyəm ki, namusumu satmışam, kişiliyimi satmışam. Elə burada ölmək mənimçün daha şərəflidir."