"Düz 10 ildən sonra Belarusda da bir qız dünyaya gələcək, adını Qalina qoyacaqlar. Daha 15 ildən sonra tale bizim ikinci Əlifimizi aparıb Belarusa çıxaracaq, orada onlar tanış olacaq, bir-birilərini sevib ailə həyatı quracaqlar. Amma bu dəfə qara caynaqlı ayrılıqlar onların qisməti olmayacaq. 25 ildən sonra insanlıq tamamilə müharibədən usanacaq, anlayacaq ki, yeni Xatınlar, Xocalılar olmamalıdır. Anlayacaq ki, hər bir insan dünyaya cəmi bir dəfə gəlir deyə onun xoşbəxt yaşamaq hüququ var. İnsanların həyatlarını vaxtsız əllərindən almaq ən böyük cinayətdir."