J.Ram

Əgər bir xalq özünü dərk edə bilmirsə, ləyaqət və qüdrətini anlamırsa, nə özünə, nə də başqalarına kömək edə bilər..
1000Kitap
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Mənim əlimdə heç nəyim olmasa da savadım var. Mən camaata bununla kömək eləyəcəm. Əgər hamı oxusa, savadli olsa, belə haqsızlıqlar baş verməz. Biz cəhənnəm, heç olmasa bizdən sonra gələnlər yaxşı dolansınlar, xeyiri şərdən seç bilsinlər.
1000Kitap
-Eh, əmi, elə dərd də burasındadır ki, bir-birimizə kömək eləmirik. Qalxan yıxılana baxmır. Kim güclüdürsə, hər şeyi qamarlayıb alır. Biri var-dövlətini qoymağa yer tapmır, o biri acından ölür. Biri gecə-gündüz dəridən çıxıb işləyir, o biri at belində gəzir. -Bunlar hamısı Allahın işidir, ay bala. -Allahın yox, bəndənin işidir. Allah heç vaxt göydən yerə enib bu torpaqları bölüşdürməyib.
1000Kitap
O bu gözlərdə əfsanəvi nağıllarda söylənən sehrli, eyni zamanda olduqca cazibədar bir aləmə qovuşmaq həsrəti ilə qovrulub yanan, lakin bunun mümkün olmadığını dərk edib məyuslaşan bir adamın keçirdiyi halı müşahidə etdi.
1000Kitap
-Bilirsənmi, Salatın, oxumaq yaxşı şeydir. Adam çox şey öyrənir. Xasiyyəti də dəyişir. Mən oxumuş qızları görmüşəm. Onların paltarları da qəşəngdir, özləri də. Danışanda adam qulaq asmaqdan doymur. Əgər bizim qızlar oxusa onlardan da gözəl olarlar.
1000Kitap