Bir insan haqqında necə bu qədər yanıla bilərdim?!
Doğrudanmı hamımızın içində gizlətdiyimiz qaranlıq tərəflərimiz var?
Yoxsa mən Yuliyanın bu qaranlıq tərəfini bilə-bilə görməzliyə vurmuşdum?
Mənə görə, heyvanların rəngi yoxdur. Başqalarından nəsə gizlətməyə çalışmadıqları üçün onların rəngə ehtiyacı yoxdur. İnsanlardan fərqli olaraq, heyvanlar həmişə olduqları kimidir.
Amma biz hər gün müxtəlif rollara giririk. Buna görə də qarşımızdakı insanlarda müxtəlif təəssüratlar yaradırıq…
…İnan mənə, Doro, insanın ruhu düşündüyümüzdən daha qarışıqdır. Həyatımızın hər saniyəsində milyonlarla hüceyrə qarşılıqlı təsirdə olur, Ruh hələ də tam kəşf etmədiyimiz qalaktika kimidir. Buna görə də çoxumuz elə özümüz üçün də tapmaca olaraq qalırıq. Fikirləşir, hərəkət edirik, amma bəzən əməlimizi özümüzə belə izah edə bilmirik…